PDF Oxu

Əsas

  • 1 161

“Yay məktəbi” layihəsinin ikinci turu Lerikdə

“Yay məktəbi” layihəsinin ikinci turu Lerikdə

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinə ikinci turuna start verilib. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində təşkil olunur. İyulun 13-dən 18-dək davam edəcək layihə çərçivəsində 100-ə yaxın fəal gənc Lerik rayonunda olacaq. SİA-nın məlumatına görə, gənc siyasətçilər iyulun 13-də səhər saatlarında Yeni Azərbaycan Partiyasının Mərkəzi Qəragahı qarşısından yola duşüblər.

Elə həmin gün Lerikdə RELAX istirahət mərkəzinə çatan qrup "Səs" Media Qrupun baş rəhbəri Bəhruz Quliyevin təşəbbüsü ilə Ümumilli Lider Heydər Əliyevin Lerik rayonundakı abidəsini ziyarət edib, abidənin qarşısına gül dəstələri qoyublar. Daha sonra gənclər Lerik rayonunda Heyder Əliyev Mərkəzində olublar. Gənc siyasətçilər Mərkəzlə tanış olmuş, Ulu Öndərin siyasi fəaliyyəti barədə geniş məlumatlar toplayıb, fikirlərini bölüşüblər. Layihə iştirakçıları daha sonra RELAX istirahət zonasına dönərək şam yeməyinə qatılıblar. Axşam saatlarında isə proqram üzrə diskoteka və layihə iştirakçıları arasında istedad gecəsi keçirilib.

İsmayıl Quliyev, Lerik

Digər xəbərlər