PDF Oxu

Əsas

  • 1 428

Ermənistanın növbəti təxribatı

Ermənistanın növbəti təxribatı

Novruz Məmmədov: "Ermənistanın belə məkrli təxribatları çox olub"

Məlum olduğu kimi, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərkən cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib. Hazırda Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır. Lakin Ermənistan danışıqlar prosesini pozmaq üçün dəfələrlə belə təxribatlar törədiblər. Eyni zamanda, Ermənistan hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlaması bir daha növbəti prezidentlərin görüşü ilə bağlı danışıqları pozmaq və Dağlıq Qarabağda status-kvonu saxlamaq məqsədi güdürlər. Təbii ki, Ermənistan 25 ildən çoxdur ki, belə təxribatlar, işğalçılıq siyasətinin davamıdır. Sözsüz ki, məqsəd erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmaması, daha doğrusu, status-kvonun qorunub saxlanılmasına nail olmaqdır. Çünki bu gün status-kvo Ermənistanı qane edir və işğalçı ölkə dünyanın güc mərkəzləri tərəfindən heç bir təsir və təzyiqə məruz qalmır. Əksinə işğalçı ölkə dəstəklənir. "SƏS" qəzeti xəbər verir ki, sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməyəcəklərini bildirib: "Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür, onlara çox lazım idi. Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər".

N.Məmmədov ermənilərin həmişə olduğu kimi, yenə də belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir: "Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir - Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Məqsəd budur. Belə məkrli təxribatlar çox olub. Bu təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz məqsədlərinə nail olmayacaqlar. İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir". Göründüyü kimi, bütün bu faktlar erməni yalanlarını açıq-aşkar ortaya qoyur.

A.SƏMƏDOVA

Digər xəbərlər