Qərb siyasi dairələri son məqamda emissarlarını ölkədən qaçırmağa məcbur olurlar
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, vergidən yayınmaq və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynovun birinci Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsində Azərbaycanı tərk etməsi istər ölkə ictimaiyyəti, istərsə də siyasilər tərəfindən sərt şəkildə qınanılıb. Belə ki, uzun illər Azərbaycanın inkişaf və tərəqqisinə, yüksək demokratik dəyərlərinə qarşı qərəz, şantaj mövqeyi sərgiləyən xarici dairələrin sifarişlərini həyata keçirən Emin Hüseynovun rüsvayçı qaçışı bir daha sübut edir ki, onun və onun kimi digər xəyanətkarların istənilən səhdləri həqiqət qarşısında acizdir, gücsüzdür.
Əgər Emin Hüseynov onu müdafiə edən radikal müxalifət mətbuatı tərəfindən iddia olunduğu kimi bu qədər "cürətli", "fədakar" fərdiydisə, ən azından, gizlənməməli, üzə çıxmalıydı. Ancaq göründüyü kimi, onun buna nə cürəti, nə də ki, kişiliyi çatdı. Bu isə sübut edir ki, Emin Hüseynov canının qorxusundan hətta öz doğmalarını da satmağa hazır olan bir xəyanətkardır. Onun nə Leyla Yunusdan, nə də Xədicə İsmayıldan, ümumiyyətlə heç bir fərqi yoxdur. Sadəcə, Leyla Yunus və Xədicə İsmayılı ölkədən qaçırmağa müyəssər olmadılar və onlar yaxın zamanlarda qanun qarşısında cavab verməli olacaqlar. Lakin Emin Hüseynov xarici səfirlik vasitəsilə quyruğunu qapı arasından sivişdirib, çıxarmağa nail oldu. Ancaq unutdu ki, onun Azərbaycan vətəndaşı kimi bundan sonra hər hansı bir fikir söyləməsi heç yerdə ciddi qəbul olunmayacaq. Çünki Emin Hüseynov artıq azərbaycanlı deyil.
Zahid Oruc: "Emin Hüseynovun Qərbin maraqları üçün çoxdan ram edilmiş casus olduğu qətiyyən sirr deyildi"
Bu arada millət vəkilləri də onun xəyanətkarlığı barədə çox maraqlı fikirlər səsləndiriblər. Deputat Zahid Oruc məsələyə münasibətini bildirərək deyib ki, Emin Hüseynovun İsveçrə səfirliyində gizlədilməsi az qala soyuq müharibə dövrünün diplomatik qalmaqllarını xatırladır: "Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin tərkib hissəsi olmaqdan daha çox, təsir agentlərinin yaradılması və silahsız mücahidlər dəstəsinin formalaşdırılması fəaliyyətinə çevrildiyindən Azərbaycan rəsmi orqanlarına Emin Hüseynovun Qərbin maraqları üçün çoxdan ram edilmiş casus olduğu qətiyyən sirr deyildi.Sadəcə keçmişdə gizli xidmətlərin ələ keçirdiyi adamların missiyası məxfi səviyyədə çalışmaqdan ibarət olurdusa, müasir dünyada aşkar fəaliyyət və donor mənbələrdən ödənən vəsaitlər hesabına pozuculuq işləri həyata keçirilir, ölkələrin xarici və daxili siyasəti nəzarətdə saxlanır".
Beləliklə, bi kimi önə sürülən fikirlərdən həm də daha belə qənaətə gəlmək mümkündür ki, bu gün "siyasi məhbuslarının", elədə də "vicdan məhbusuların", o cümlədən, "təzyiqlər" səbəbindən ölkəni tərk edən tərəflərin iddiaları ilə Qərbin bəzi siyasi dairələrinin sözlərinin üst-üstə düşməsi arxasında bir amil dayanır -antiazərbaycançılıq. Bu baxımdan, həmin dairələrin zaman-zaman Azərbaycan dövlətinə qarşı irəli sürdükləri ittihamlar arxasında onların öz maraqlarının dayanması sirr deyil. Ona görə də istər Emin Hüseynov olsun, istərsə də onun kimi digərləri, dərhal xarici səfirliklər tərəfindən himayə altına götürülür: "Azərbaycanda külli miqdarda qrantlar xərcləyən beynəlxalq şəbəkənin yerli dayaqlarına zərbə vurulduğunu hiss etdiyi anda,xüsusi olaraq, həmin hüquq istismarçılarının hakimiyyət əleyhinə fəaliyyətləri qanuni vasitələrlə cilovlanarkən və maliyyə spekulyasiyalarını təftiş səfirliklər öz adamlarını dərhal himayəyə götürdülər,onların fərdi müdafiəsinə qalxdılar. Əslində, burada eminlərin, yaxud xədicələrin qorunmasından daha çox gizli şəbəkənin maddi və siyasi cinayətlərinin aşkara çıxması qorxusu üstünlük təşkil edir və məlum beynəlxalq təzyiqlərin başlıca səbəbi də budur. Qərb Azərbaycandan onun casuslarına maneəsiz şərait yaratmağı tələb edir".
Göründüyü kimi, fakt göz önündədir və bu gün Emin Hüseynovun ölkədən qaçırılaraq Qərb ölkəsinə aparılması, əslində, heç bir siyasi dairənin Azərbaycanla təzyiq dilində danışa bilməməsinin, bundan sonra da bilməyəcəyinin göstəricisidir. Daha dəqiq desək, ölkəmizə qarşı səlib yürüşünə çıxmağa cəhd edənlər öz acizliklərini və zəifliklərini dərk edərək, ən yaxşı halda öz emissarlarını qaçırmağa müyəssər ola bilirlər. Amma haraya və nə vaxta qədər? Bax, bunu da tez bir zamanda öyrənəcəyik.
Rövşən RƏSULOV