İyunun 19-dan başlayaraq Ermənistanda baş verən kütləvi etiraz aksiyalarının səbəbi olaraq, əhalinin hökumətin bütün enerji tariflərini 7 dram, yəni iki qəpik bahalaşmasına reaksiyası olaraq göstərilir. Lakin aksiyalarının və onlara qədərki proseslərin təhlilinə nəzər yetirsək, bunun yalnız tarif artımına qarşı etiraz olmadığını görərik. Belə olan halda, görəsən Sarkisyan indi nə edəcək? Çünki Sarkisyan hakimiyyətdə olduğu müddətdə ağıllı, adekvat hakimiyyət kimi ölkəni idarə etməyib və "böyük erməni milləti", "Böyük Ermənistan", dövlətçilik, birlik, vəhdət və bu kimi çürük qoz qədər dəyəri olmayan sarsaq məqamlardan bəhs edib. Nəticəsi də göz qabağında... Haqlarını tələb edən aksiya iştirakçıları Sarkisyan hakimiyyətinin polis əməkdaşları və xüsusi təyinatlılar, məmurlar tərəfindən amansız zərbələrə, ağır söyüşlərə məruz qalıblar. Bütün bu təzyiqlərə baxmayaraq, aksiyaçılar çıxış yolunu Sarkisyanın istefasında görürlər. Artıq iğtişaş nəticəsində 1000 nəfərə yaxın saxlanılıb, onlarla insan yaralanıb.
Rusiya-Azərbaycan arasında isti münasibət Sarkisyan hakimiyyətinin canına vic-vicə salıb
Müasir dünyada oliqarxiyanın təsirli olmadığı heç bir ölkə yoxdur, amma Ermənistanda ailə oliqarxiya rejimi bütün sərhədləri aşaraq, ölkəni kriminal tərzdə birbaşa qarət edir. Ona görə də Baqramyan prospektindəki etirazçıların "Rədd olsun banda!" çağırışı etməsi çox məntiqlidir. Lakin məntiqli olmayan və kifayət qədər düşündürücü olan bu şüarın ermənicə deyil, Ukrayna dilində "Bandu get" olaraq səslənməsidir. Son etiraz aksiyaları ilə klassik Maydan lahiyəsinini oxşar tərəfləri kifayət qədərdir. Bir əsas faktor da odur ki, Ermənistanın bölgədəki ən böyük hamisi olan Rusiya ilə Azərbaycanın arasında yaxınlaşmanın olması işğalçı ölkəni yaman yandırır. Ölkədə yaranmış siyası durum onu da təsdiqləyir ki, Rusiya ilə Azərbaycan arasında yaranmış isti münasibəti həzm edə bilməyən işğalçı Ermənistanın Rusiyaya hər an xəyanət edərək Qərbin ağuşuna atılması ehtimalı yaranır. Ermənistan hakimiyyyti yaxşı anlayır ki, Rusiya üçün acından ölən Ermənistana hamilik etməkdənsə, Azərbaycanla möhkəm əsaslara dayanan ikitərəfli əməkdaşlığın inkişafına daha çox önəm vermək əhəmiyyətlidir. Bu da rəsmi Yerevanı və onun rəhbərliyini qıcıqlandırmaya və qorxuya salmaya bilməz. Buna görə də ölkədəki anti - Rusiya meyillərinin artmasını və bunun nəticəsində Moskvanın Erməinstanda nəzərat etdiyi enejrinin sektorunun onun əlindən çıxa bilməsi ilə Rusiyanı şantaj etməsi ehtimalı olsa da, Sarkisyan bu riskli oyunun onun üçün çox pis qurtara biləcəyini də bilir. Rusiyalı jurnalist və politoloqlar bildirirlər ki, "Ermənistan hətta daxili narazılıqlara rəğmən, Rusiyadan imtina etməyəcək. Çünki vassal kimi olsa belə, mövcudluğu üçün Rusiyaya borcludur. Çünki ermənilərdə milli mənlik şüuru o qədər inkişaf etməyib ki, Rusiyaya - yəni öz ağalarına qarşı hər hansı prinsipial mövqe ortaya qoya bilsinlər".
Köçəri olduqlarını etiraf edən ermənilər
İşğalçı ölkədə siyasi durumun çətin anında bir çox istər Rusiya, istərsə də erməni politoloqları Serj sarkisyanın "Böyük Ermənistan" iddiasını böş və mənasız sayır, Rusiynın verdiyi yardıma etirazlarını işğalçı ölkənin nankorluqdan irəli gəldiyini bildiriblər. Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında - Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Ermənilərin köçəri olmasını elə ermənilərin özləri təstiqləyir. Erməni tarixçisi kimi tanınan Zori Balayan etiraf edərək bildirib ki, "Yerevanın əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində, həqiqi yerevanlı yoxdur". Akademik A. İ. İonisian yazır ki, "Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir". Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "erməni mahalı" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan Quberniyası qoyulmuşdur. Ərazilərinin genişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri daha dəqiq desək, Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qreqorianlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başlandı. Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V. L. Veliçko yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi".
Bu fikirlərlə həmfikir olan Rusiya Federasiyası İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Gümrüdəki Rusiya hərbi bazası ətrafında baş verənlər Rusiyaya qarşı nankorluq adlandırıb: "Dinc aksiya keçirmək, cinayətkarın cəzasına çatmasını tələb etmək təbiidir. Lakin Rusiya bayrağını ayaqlar altına atmaqla vandalizm aktı törətmək, Gümrüdəki Rusiya hərbi bazasına qarşı güc göstərmək bizdə çaşqınlıq yaradıb. Bizə elə gəlir ki, bu, dərin nankorluqdur. Rusiyanın son 10 ildə Ermənistana çox köməyi dəyib. Nəinki son 10 ildə, deyərdim ki, son 100 ildə... Əgər Rusiya dövləti, rus xalqı olmasaydı, bu gün Ermənistan adlı dövlət mövcud olmazdı. Rusiyanın köməyi və minlərlə rus əsgərinin həyatı bahasına Ermənistan bu gün dövlət kimi mövcuddur. Ona görə də qəddar vandalizm, zorakılıq, ruslara qarşı nifrət şüarları bizdə çaşqınlıq yaradıb. Biz Ermənistan dövlətindən və xalqından öz sözünü deməsini və Gümrüdəki hadisələri törədən xuliqanların cəzasını vermələrini gözləyirik".
"Rossiya" telekanalının populyar aparıcısı Dmitri Kiselyovun Yerevandakı çıxışı erməniləri bərk qəzəbləndirib. Bildirib ki, əgər Rusiya Ermənistandan əlini çəksə, erməni dövləti yer üzündən silinəcək: "İqtisadiyyatı, siyasəti və gələcəyi Rusiyadan asılı olan bu dövlətin öz havadarına və xilaskarına daha sıx tellərlə bağlanması vacib məsələdir.
"Ermənistan Rusiyanın arxasınca it kimi sürünür"
Bu yerdə Rusiyanın "Exo Moskvı" radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi olduğu "Kod dostupa" verilişində Ermənistanın ünvanına ağır ifadələr işlədib, Azərbaycanın isə qüdrətli ölkəyə çevrildiyini bir daha xatırladıb. Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir erməni ailəsini güllələməsi hadisəsi ətrafında baş verənləri şərh edən Yuliya Latınina canlı yayımda "Ermənistanın Rusiyanın arxasınca it quyruğu kimi süründüyünü" deyib: "Mənim Ermənistanda nə baş verdiyinə dair bir neçə sualım var. Xatırladıram ki, bizim, Rusiyanın satelliti olan Ermənistan adında ölkə var. Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə Azərbaycandan, o cümlədən Ukraynadan fərqli olaraq Gömrük İttifaqına üzv olub. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var. Görürük ki, rollar son 20 ildə necə dəyişib, çünki hələ 20 il əvvəl Ermənistan qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan məhsuldar yaradıcı əhalinin böyük hissəsi qaçıb getdi. Azərbaycan isə əksinə, neftin və kifayət qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı. Bu gün Ermənistan küncə sıxılıbsa, təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var - Rusiyanın Ermənistana yardımı. Budur, bütün dövrlərdə bizim sadiq nökərimiz olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür..."
Beləliklə, işğalçı ölkədə baş verənlər bir daha onu göstərir ki, Ermənistanda yaxın aylarda çox ciddi proseslərin baş verəcəyi gözlənilir. Çünki bu ölkədə hakimiyyətin əhalinin sosial-iqtisadi vəziyyətini düzəltməyə nə maddi vəsaiti var, nə də iradəsi. Son durumun yaxşılaşdırılması üçün isə ən azı 16 il vaxt sərf edilməlidir. Beləliklə, işğalçı ölkədə "enerji savaşı"nını dayanmaması bir daha onu sübut edir ki, bu yolla az bir zamanda Ermənistan adında heç nə qalmayacaq.
A.SƏMƏDOVA