PDF Oxu

Əsas

  • 1 680

Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

image

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb. YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanda parlament seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişindən bəhs edilib. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da görüşdə iştirak edib.

Digər xəbərlər