PDF Oxu

Əsas

  • 1 673

YAP Mərkəzi Seçki Qərargahının Şirvan şəhərində zona müşavirəsi keçirilib

image

Əli Əhmədov: "Mövcud dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq"

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin komitə sədri, partiyanın Siyasi Şurasının üzvü Hadi Rəsəbli, eləcə də, Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayon şöbələrinin seçki qərargahlarının üzvləri iştirak ediblər.

Müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu ilin noyabr ayında ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, YAP-ın yerli strukturları, partiyanın fəalları hazırlıq prosesinə cəlb olunublar və artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Əli Əhmədov bildirib ki, burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər.

İcra katibi YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlərin mövcud olduğunu bildirib. Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əminamanlıq Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən əsas amillərdəndir. Ə.Əhmədov insanların sosial rifahının yüksəldiyini, ölkəmizin müasirləşdiyini diqqətə çatdırıb: "YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Cənab İlham Əliyevin Sədri olduğu YAP-ın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtramdan irəli gəlir. Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər". YAP Sədrinin müavini həmçinin qeyd edib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını deyən Əli Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Müşavirədə həmçinin YAP-ın rayon şəhər təşkilatının sədrləri çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat verib, seçkilərin qələbə ilə başa vurmaq üçün hər cür imkana, seci dəstəyinə malik olduqlarını bildirmişlər. Müşavirənin yekununda YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək, parlament seçkiləri ilə əlaqədar tapşırıq və tövsiyyələrini verib.

Nəzakət BAYRAMOVA

Digər xəbərlər