Stastik göstəricilərə əsasən demək olar ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində sənaye, rabitə, tikinti, nəqliyyat və digər sahələrdə ciddi nailiyyətlərə imza atılıb. 2015-ci ilin yanvar-iyun aylarında Yasamal rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəricilərinə nəzər yetirsək, müsbət göstəriciləri əyani şəkildə görmək olar. Bu barədə Stasika Komitəsinin Yasamal şöbəsindən "Səs" qəzetinə verilən məlumata görə, 2015-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 50994,7 min manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir: "Sənayenin dövlət sektorunda 10714,7 min manatlıq və ya ümumi istehsalın 21 faizi qədər, qeyri-dövlət sektorunda isə 40280 min manatlıq və ya ümumi istehsalın 79 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2015-ci ilin yanvar-iyun aylarında istehlakçılara 79796,7 min manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 49399 min manatlıq məhsul göndərilmişdir. 2015-ci ilin iyul ayının 1-inə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 2517,9 min manatlıq hazır məhsul yığılıb qalmışdır. Sənaye məhsulu istehsalının ümumi çəkisində mədənçıxarma sahəsi 15,8 faiz, emal sahəsi 56,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi və təchizatı bölməsi 8,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi isə 18,7 faiz təşkil etmişdir". Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 927888,2 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünü 25,6 faiz üstələmişdir. 2015-ci ilin yanvar-may aylarında nəqliyyat müəssisələrində çalışanların orta siyahı sayı 6303 nəfər olmuşdur. Bu sahədə orta aylıq əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artaraq 654,1 manata çatmışdır. Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 319707 min manat dəyərində xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz artmışdır. Göstərilmiş rabitə xidmətlərinin 281936,7 min manatı qeyri-dövlət rabitə müəssisələri tərəfindən həyata keçirilmişdir. Yasamal rayonunda tikinti kompleksinin dinamik inkişafı yeni istehsal obyektlərinin tikilib işə salınmasını və yeni iş yerlərinin açılmasını təmin edir. 2015-ci ilin yanvar-iyun aylarında Yasamal rayonunda bütün maliyyə mənbələri hesabına 64683,9 manatlıq əsas fondlar istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 323958,6 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 87,2 faiz təşkil etmişdir. Yasamal rayonunun ticarət şəbəkəsindən əhaliyə 1063687,4 min manatlıq istehlak malları satılmış, 339483,9 min manatlıq pullu xidmətlər və 35548 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 23,7 faiz, iaşə xidmətlərinin həcmi isə 24,9 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 35,9 faiz artmışdır. İstehlak mallarının 5,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 50,6 faizi isə əmtəə bazarlarında satılmışdır. 2015-ci ilin yanvar-may aylarında Yasamal rayonu üzrə işçilərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4644 nəfər artaraq 110580 nəfər olmuşdur. Rayonunda 3108 yeni iş yerləri açılmışdır ki, ondan 1414 yeni açılmış, 8 mövcud müəssisə və təşkilatlara, 48 fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlara, 1638 isə fiziki şəxslərə aiddir.
Qismət İsmayılov