PDF Oxu

Əsas

  • 2 386

Avropanı və Qərbi bürümüş amansız ksenofobiya xaosu

image

ÇƏRÇİVƏ

"İslam Dövləti"nin "Allahu Əkbər" sədaları altında baş kəsib-qan tökmələri ilə Qərb siyasilərinin "demokratiyası" və "humanizm prinsipi" sanki bənzərlik təşkil edir və bir-birini tamamlayır

Bir neçə gün öncə Türkiyənin Bodrum sahillərində dəniz dalğalarının iki qaçqın suriyalı uşağın cansız bədənlərini kənara atması dünya mətbuatının manşetlərini "süsləməkdədir". İnsana acı və kövrək hisslərə həbs edən bu görüntülər isə istər-istəməz suallar yaradır – bu hadisə baş verməyə bilərdimi? Yaxud Suriyanın bir cəhənnəm ölkəsinə çevrilməsində günahları olanlar bu görüntülərdən vicdan əzabı çəkirlərmi?! Əsla belə deyil! Hər halda bu və bu kimi acı xəbərlərin, görüntülərin sayı yalnız iki suriyalı qardaşların faciəsi ilə sona çatmır. Müharibə 100 minlərlə körpələrin həyatna son qoymaqda davam edir.

Bu arada Avropa hazırda müharibədən qaçqın düşərək bu "sivil" qitəyə axın edən yüz minlərlə qaçqını müzakirə edir. Guya Avropa siyasiləri həqiqətən də müsəlman ölkələrində baş verən qanlı savaşlardan, həmin savaşlardan qaçan qadın və uşaqlardan "narahatdırlar" və bunun üçün də gecə-gündüz yatmayaraq, onların başlarına gələn qorxunc hadisələri müzakirə edib, nəticə hasil etməyə hazırlaşırlar. Və guya həmin Avropa ölkələrində, ABŞ-da "humanizm prinsipi", "demokratiyanın bərqərarlığı amili" o qədər "yüksək" səviyyədə inkişaf edib ki, həmin ölkələr koalisiya şəklində hərbi birləşmələr qurub, Suriyadakı, İraqdakı bədbəxt insanları "İslam Dövləti" kimi terror təşkilatından qurtarmaq qərarına gəliblər. O cümlədən, Suriya hakimiyyəti də bunlarla qane olmur. Bax, məsələ də ondadır ki, bu gün koalisiya qüvvələrinin "mübarizə apardığı" terror təşkilatı ilə Suriya hökuməti də mübarizə aparır. Paradoksdur, deyilmi?

Əlbəttə ki, dövlət səviyyəsində bu cür antihumanizm siyasəti yürüdülərsə, irqçilər, ksenofoblar bundan maksimum qaydada yararlanacaqlar

Fakt budur ki, bu gün Almaniya, ABŞ, Fransa, Böyük Brtitaniya kimi bir çox Avropa və Qərb ölkələrində ksenofobiya pik həddinə çatıb. Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, dövlətlər irqçilərin, ksenofobların qaçqın düşərgələrinə qarşı başlatdıqları aramsız təcavüzlərin qarşısını ala bilməkdə aciz qalırlar. Götürək, Almaniyanı. Bu ölkədə kifayət qədər qaçqın düşərgələri mövcuddur. Almaniya kimi digər dövlətlər də bənzər qaçqın düşərgələri yaradıb və həmin düşərgələrə pənah aparanlar himayə edilir. Ancaq o biri tərəfdən, həmin ölkələrə pənah aparan, qandan-qadadan qurtulmağın çarəsini yalnız öz doğma yur-yuvasını tərk etməkdə görən insanlar digər problemlərlə qarşı-qaşrıya gəlirlər. Bu gün Avropanın bir sıra aparıcı dövlətləri qaçqınların qarşısını almaqdan ötrü yeni qanunlar işləyib-hazırlamaqdadırlar və əlbəttə ki, dövlət səviyyəsində bu cür antihumanizm siyasəti yürüdülərsə, irqçilər, ksenofoblar bundan maksimum qaydada yararlanacaqlar. Əbəs yerə deyil ki, məhz qaçqın düşərgələrinə hücum edib, Suriyadan, İraqdan olan insanları təhqir edir, onların bu ölkələri tərk etmələri tələb olunur, yaşadıqları düşərgələr yandırılır və qəslb edilir. Avropalı və Qərbli siyasilər isə sanki bundan zövq alırmış kimi, insanları ələ salırmış kimi müxtəlif təşkilatlarda toplaşıb bəyanatlar səsləndirir, terrorçuluqla mübarizədən dəm vurur və s. Açığını desək, bu gün "İslam Dövləti"nin "Allahu-Əkbər" sədaları altında baş kəsib-qan tökmələri ilə Qərb siyasilərinin "demokratiyası" və "humanizm prinsipi" sanki bənzərlik təşkil edir və bir-birini tamamlayır.

Suriyalı uşaq: "Biz onsuz da sizin ölkələrinizə gəlmək istəmirik"

Həqiqətdə isə heç bir insan öz doğma yurdundan, ev-eşiyindən didərgin düşüb, "sivil" Avropanın vəhşiləşmiş "humanizmi" ağuşuna atılmaq istəmir. Çünki bunu edənlər sonrakı aqibətlərini görürlər. Sadəcə, nə etsinlər, ən azından "başımız bədənimizdə qalacaq" ümidi ilə üz tuturlar Avropaya. Hətta Suriyalı iki qardaşın faciəvi ölümü belə, onları yollarından döndərmir. İstəməsələr də üz tuturlar Avropa ölkələrinə sarı. Daha hansı yollarla, hansı məşəqqətlərlə bunu da bir Allah bilir.

Bu arada bir suriyalı uşğaın Avropanın, Qəribn başbilənlərinə vediyi dərs, həqiqətən də çox düşündürücü və kəskindir. Ailəsiylə Suriyadan qaçan 13 yaşlı Kənan hazırda Macarıstanda polisin ölkədə qaçqın statusu izni verməsini gözləyir. Keçdikləri ölkələrdə xoş qarşılanmadığını deyən Kənan dünya liderlərinə bir mesaj verib: "Siz müharibəni dayandırın, biz onsuz sizin ölkələrinizə gəlmək istəmirik".

Minlərlə suriyalı uşağın adından dünyaya səs salan Kənan deyir ki, insanlar, yəni avropalılar suriyalıları sevmirlər: "İnsanlar suriyalıları sevmirlər. Serbiyada, Macarıstanda, Makedonyada, Yunanistanda da. Mesajım bundan ibarətdir, suriyalılara yardım edin. Suriyalıların dərhal köməyə ehtiyacı var. Yalnız müharibəni dayandırın, biz Avropaya gəlmək istəmirik. Sadəcə, Suriyadakı müharibəni dayandırın."

Göründüyü kimi, adi bir uşaq da yaxşı anlayır və bilir ki, Suriyada (eləcə də İraqda, Yəməndə və s. müsəlman ölkələrində – R.N.) müharibəni qızışdıran məhz Qərb siyasiləridirlər. Müharibədən milyarlarla pul qazananlar da, vicdanlarını insanların qanı bahasına əldə edilən pul-paralara dəyişənlər də onlardır. Ailəsi ilə birgə ölümünü gözə almış və rezin qayıqlarla Yunanıstana keçmək istərkən dəniz sularına qərq olmuş həmin balaca suriyalı uşğın son nəfəsində atdığı yaşam çığılığının ah-naləsi də onların ölümü üzərində siyasət yürüdən "demokratik", "humanust" avropalıların vicdanına yazılıb. Bu, Avropanı və Qərbi bürümüş amansız ksenofobiya xaosunun çox cüzi bir görüntüsüdür…

Rövşən NURƏDDİNOĞOLU

Digər xəbərlər