PDF Oxu

Əsas

  • 2 014

Üçüncü tərəfi axtarmağa ehtiyac yoxdur

image

Elşad Mirbəşiroğlu: "Çünki Ermənistan işğalçı bir dövlətdir "

Cəbhədə ermənilərin növbəti bir uçan aparatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Ardıcıl xarakter daşıyan bu cür təxribatların arxasında Rusiyanın dayanması barədə fikirlər səsləndirilir. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulmasında birbaşa Ermənistan günahkardır: "İşğalçı ölkənin Azərbaycana qarşı provkasiya xarakterli hərəkətləri birinci dəfə deyil. Yəni davamlı bir hal alıb. Ümumiyyətlə, Ermənistan tərəfi dərk edə bilmir ki, Azərbaycanın kifayət qədər güclü ordusu var. Bu ordu ermənilərin atdığı hər bir addıma layiqincə cavab vermək iqtidarındadır. Pilotsuz uçan erməni aparatının vurulması da hər şeydən öncə onu göstərir ki, Azərbaycan hərbisi Ermənistan hərbisindən qat-qat güclüdür və cəbhə bölgəsində tam nəzarəti həyata keçirə bilir. O ki qaldı cəbhədə ermənilərin ardıcıl xarakter daşıyan bu cür təxribatlarına, bu məsələdə Rusiyanın əli olduğunu düşünmürəm. Burada üçüncü tərəfi axtarmağa ehtiyac yoxdur. Çünki Ermənistan işğalçı bir dövlətdir.

"Ermənistan cəbhədə böyük sayda itkilər verməkdədir. Amma bu itkilər Sarkisyan rejimini bir o qədər narahat etmir. Bunun səbəbi nə ilə bağlıdır" sualını cavablandıran politoloq bildirdi ki, Sarkisyan rejimindən hər hansı bir düşünülmüş addım gözləmək sadlövlük olardı: "İşğalçı ölkə olan Ermənistan atdığı addımlara görə layiqli cavabını alır. Ümumiyyətlə, Ermənistan tərəfi itki vermək istəmirsə, Azərbaycan ərazilərində olmamalıdır".

E.Mirbəşiroğlu onu da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun qalmasında işğalçı Ermənistan maraqlıdır: "Çünki Ermənistan tərəfi çox gözəl başa düşür ki, gec-tez Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmağa məcbur olacaqdır. Ona görə də, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini uzatmaq üçün əlindən gələni edir. Məlum olduğu kimi, Azərbaycanın işğal altında olan əraziləri kifayət qədər yeraltı və yerüstü sərvətlərlə zəngin ərazilərdir. Yəni zəngin faydalı qazıntılara malik olan ərazilərdir. Ermənistan da həmin ərazilərdən öz məqsədləri üçün bəhrələnməyə çalışır".

E.Mirbəşiroğlunun sözlərinə görə, hər zaman, dünyanın güc mərkəzləri Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlara yol veriblər: "Yəni beynəlxalq güclər işğalçı Ermənistana qarşı hər hansı bir ciddi sanksiyalar tətbiq etmək fikirində deyillər. Ona görə də, heç bir ciddi təzyiqələrə məruz qalmayan Ermənistan işğalçılıq siyasətini yürütməkdə davam edir. Demək olar ki, dünyanın güc dövlətlərinin Ermənistanın bir ölkə kimi var olması üçün həm maddi, həm də mənəvi dəstək verirlər. Əgər həmin dövlətlər işğalçı Ermənistana heç bir maddi və mənəvi dəstək verməsəydi, təbii ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur qalacaqdı. Dünyanın güc mərkəzləri işğalçı Ermənistana hərtərəfli dəstək verməklə Dağlıq Qarabağ münaqişəsinin uzanmasında yardımcı rolunu oynayırlar".

GÜLYANƏ

Digər xəbərlər