PDF Oxu

Əsas

  • 1 834

Reket jurnalistin qoyun almaqlığı

image

Köşə

Sən demə, Balakən rayonu Naxçıvanda yerləşirmiş. Xəzər TV-nin əziz əkiz bacıları- Sevil və Sevinc belə deyir. Əsl biabırçılıqdır. Elə həmin gün ANS-də qonaq qismində iştirak edən bir ekspert Azərbaycanın himninin 1991-ci ildə yazıldığını dedi. Daha sonra ATV-də "kişi" aparıcı qonağa guya zarafatyana "aaz, cıraram a səni" deməklə ilk günümün "içinə eləmiş" oldu. Evdən çıxdım, avtobusa mindim. 13 nömrəli marşrutun sürücüsünün "Eliş, problem döyül, sən öl, qırajam onları, sən pulu apar ver, sən bilirsən ki, mən elə-belə oğlan döyüləm" çığırtısı lap belimi deşdi. Metroya mindim, bir gənc hamının üzünə söyə-söyə platformada gəzirdi. Bilinirdi ki, psixi xəstədir. Heç kim onu eşitmirdi, çünki qocasından tutmuş balaca körpəsinə qədər hamının qulağında qulaqcıq var idi. Daha bir "travma"nı bu psixi xəstənin əlimdəki siqaret qutusunu alıb qaçmasından sonra aldım. "Sahil" metrosundan çıxdım, telefon əlimdən düşüb qırıldı. Bir sözlə, əlaqə itdi, telefon işləmir. İşə çatan kimi saytlarda ilk rast gəldiyim bu xəbər oldu: "Metroda itlə əyləşən qız...". Hələ də sağ olduğuma inanmağım gəlmir.

Yuxarıda saydıqlarımın hamısını bir kənara qoyuram, ancaq metroda itinə yer verib, ağsaqqal kişini ayaq üstündə saxlayan qız haqqında müzakirələr qurub kəllə qırmaq da axmaqlıqdır. Mənə bir şey çatmır. Qızın şəklini çəkərək özündən "qəhrəman" obrazı yaradan facebook "canavarı" görəsən, nə üçün qızın bu hərəkətinə yerindəcə reaksiya verməyib? Hünəri ayaqlarına qısılan bu adam qıza da, itə də yerini göstərə bilməzdimi?

Qurban bayramında rastlaşdığım bir hadisəni nəql edim. Deməli, reket jurnalistlərdən biri qurbanlıq qoyun danışıb ki, bayram günü səhər tezdən gəlib alsın. Qoyunun da üstünə "J" hərfi yazdırıb ki, problem olmasın. Səhər tezdən mən də qoyun almağa getmişdim. Qoyun satanın "ə, jurnalisti tutun, 15 kiloluqdu..." qışqırması təəccübümə səbəb oldu. Bir cavan adam gəldi: "Hə, jurnalist mənəm, mənim qurbanlığımdır, qoyunun üstündə də "J" yazılıb. Bu jurnalist-qoyundan hansı mətbu orqanda işlədiyin soruşdum. Bir qəzet adı çəkdi. And olsun ki, qəzetin adını başa düşmədim. Bir də soruşdum, yenə cavab verdi, amma yenə yadımda qalmadı. Belə baxdım və qərara gəldim ki, bu cavan oğlan qoyunun üstünə öz "jurnalistliyini" düz yazdırıb. Bunun ad- familiyasını öyrənib araşdırdım. Məlum oldu ki, üç reket saytda- pia.az, tia.az və bolgexeber.com-da işləyir. Üçündə də deputatlara şər atıb pul qazanmaqla məşğuldur. Sonuncu dəfə də çox hörmətli deputatlardan biri haqqında yazı yazıb ki, guya rayon camaatı onu istəmir. Hələ deputata "qonaqlıq ver, yazını silim" SMS-ni də yazıbmış. Nə isə, bu gədəyə, onun tayı olan baş redaktorlarına da (reduktor daha yaxşı yaraşır) qonaqlıq qismət olmayıb. Bu yaxınlarda əməkdar jurnalist də olmaq istəyirmiş. Əvəzində həmkarları tərəfindən "dəməkdar elm xədimi" adına layiq görülüb.

Samir

Digər xəbərlər