PDF Oxu

Əsas

  • 2 258

Məzahir Pənahov: “5 milyon 344 min 431 bülleten çap olunacaq”

image

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar səsvermə bülletenlərinin çapı prosesi ilə yaxından tanış olub. SİA-nın məlumatına görə, MSK sədri jurnalistlərə bildirib ki, noyabrın 1-də ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar artıq səsvermə bülletenlərinin çapına başlanılıb: "Bu proses oktyabrın 22-nə kimi başa çatmalıdır.

Biz çalışacayıq ki, bülletenlərin hamısı çap olunandan sonra onların paylaşımını həyata keçirməyək. Belə ki, həm çap prosesi, həm də paylanılma prosesi getsin. Biz əvvəlki təcrübəmizdən görürük ki, onu idarə etmək olur və vaxtında Dairə Seçki Komissiyalarına çatdırılması təmin edilir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bülletenləri hazırlanır ki, vaxtında çatdırılsın. Sonradan isə respublikamızın ucqar dairələrinə (məsafə baxımından) bu proses nəzərdə tutulur. Ən sonda isə Bakı, Abşeron və Sumqayıt DSK-nın bülletenləri hazırlanır. Hesab edirəm ki, burada heç bir problem olmamalıdır".

M.Pənahov deyib ki, bülletenlər səsverməyə 10 gün qalana qədər tam çap olunmalıdır: "125 seçki dairəsi üzrə ümumilikdə 5 milyon 344 min 431 səsvermə bülleteni çap olunacaq ki, bu da seçicilərin sayından 3 faiz çoxdur. Bülletenlər çox nəfis və keyfiyyətli şəkildə çap olunur. Kağızın ölçüləri standartdan fərqlidir. Çünki namizədlərin sayı əvvəlki seçkilərlə müqayisədə çoxdur. Hesab edirəm ki, mətbəə bunun öhdəsindən gələcək. Mətbuatın bu proseslərdə iştirakını hər zaman alqışlayırıq. Çalışırıq ki, mətbuat bu proseslərdə yaxından iştirak etsin. Çünki sizlər iştirak etməyəndə proses ictimaiyyətə çatmır".

Qurum rəsmisi qeyd edib ki, "Exit-poll" keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib: "Müraciət edənlərdən biri Fransa təşkilatıdır. Biri isə "ELS" Müstəqil Araşdırmalar Mərkəzidir"."Exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün MSK-ya müraciət müddəti oktyabrın 12-də başa çatıb. Biz siyahını yaxın günlərdə təsdiq edəcəyik və gündəliyə çıxaracayıq.

Qeyd edək ki, parlament seçkilərində səsvermə günü üçün 5 milyon 344 min 431 bülleten çap olunacaq.

Digər xəbərlər