PDF Oxu

Əsas

  • 2 365

20-ci Beynəlxalq Stomatoloji Konfrans öz işinə başladı

image

Rəna Əliyeva: "Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində əldə olunan nailiyyətlər, məhz ölkə Prezidenti Cənab İlham Əliyevin qayğısının məntiqi nəticəsidir"

Dünən "Park-İnn" otelində Azərbaycan Stomatoloji Assosiasiyasının Beynəlxalq Stomatoloqlar Federasiyasının Ardıcıl Təhsil Proqramı çərçivəsində reallaşan 20-ci Beynəlxalq Stomatoloji Konfrans öz işinə başlayıb. 2 gün davam edən konfransın keçirilməsində məqsəd dünya stomatoloqlarını bir araya gətirmək, təcrübə mübadiləsi aparmaqdır. Konfransı Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva açaraq stomatologiyanın inkişafından danışıb, Azərbaycanın bu sahədə əldə etdiyi yeniliklərə toxunub. R.Əliyeva ölkədə aparılan uğurlu iqtisadi islahatlardan danışaraq bildirdi ki, "bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində əldə olunan nailiyyətlər, məhz ölkə Prezidenti Cənab İlham Əliyevin qayğısının məntiqi nəticəsidir. Və bunun nəticəsidir ki, ölkə səhiyyəsi dünyanın aparıcı ölkələri ilə müqayisədə ön sıralarda durur. Azərbaycanda müasir tipli klinika və xətəxanaların sayı durmadan artır".

Rəna Əliyeva rəhbərlik etdiyi qurumun 1998-ci ildən Beynəlxalq Stomatoloqlar Federasiyasın üzvü olduğunu və birgə bir çox yeniliklər əldə etdiklərini də vurğuladı. O, həmçinin federasiyaya daxil olan bütün təşkilatların apardıqları tədqiqatların və araşdırmaların stomatologiyaya göstərdiyi müsbət təsirlərdən də danışdı.

Sonra Beynəlxalq Stomatoloqlar Federasiyasının prezidenti Patriç Heskotun təbrik məktubu oxundu. Məktubda qeyd edilirdi ki, 140-dan çox təşkilatın birləşdiyi federasiyanın əsas missiyası stomatologiyanın yüksək səviyyədə inkişafına nail olmaqdır.

Daha sonra İtalyanın stomatologiya sahəsində tanınmış mütəxəssisi Marzia Sergu "Ortodontiya: Müasir diaqnostika və müalicə üsullarının istiqamətələri" adlı mühazirəsini təqdim etdi. O, bu sahədə dünya yeniliklərindən və onun nəticələrindən danışdı.

Azərbaycan Stomatoloji Assosiasiyasının Beynəlxalq Stomatoloqlar Federasiyasının Ardıcıl Təhsil Proqramı çərçivəsində reallaşan konfransı bu gün öz işini davam etdirəcək.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər