MİA

  • 8 441

Andrey Petrov: Danışıqlar prosesində Azərbaycan üstün mövqedədir - ŞƏRH

image

“Revanşistlər üçün yeganə çıxış yolu Paşinyanın fiziki məhv edilməsidir, lakin bu belə Ermənistanın son çıxış yolundan imtina etməsinə gətirməyəcək”

Separatçı qruplaşmanın qalıqlarının zorakılıqla fəallaşması erməni revanşizminin ölməz tendensiyasıdır. Bu partlayış reaksiyası Ermənistanın baş naziri Paşinyanın bir daha Azərbaycanın ərazi bütövlüyünü, ən əsası isə Qarabağı onun tərkib hissəsi kimi tanıyan bəyanatları ilə daha da vüsət aldı. Alçaldılmış “dövlət naziri” Vardanyan bu xorda öz partiyasına səylə rəhbərlik edir, açıq şəkildə Paşinyanı xəyanətdə ittiham edir. Ondan sonra ortada özünü “Artsaxın prezidenti” adlandıran Arayik Arutyunyan var. Etiraf etmək lazımdır ki, bu dəfə qışqırıqlar xüsusilə gurultulu, xarici mediaya çıxışı olan, eyni zamanda, vəhşicəsinədir. Eyni zamanda, təkcə Paşinyan və onun hakimiyyətini devirmək təhlükəsi deyil, fiziki zorakılıq çağırışları da var.

“Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrov “Caliber” analitik mərkəzinə şərhində mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. O, hesab edir ki, Paşinyanın Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı bəyanatının erməni millətçiləri və Qarabağ separatçılarının qalıqları tərəfindən inkar, hiddət və təhdid fırtınasına səbəb olacağı tamamilə proqnozlaşdırılan idi.

“Onlar başqa cür reaksiya verə bilməzdilər, çünki Paşinyan açıq şəkildə bəyan etdi ki, İrəvan Qarabağdakı separatçı layihəni bağlayır və bu layihəni quran, maliyyələşdirən və dəstəkləyən qüvvələr Paşinyanın bu məsələnin əbədi bitəcəyi barədə bəyanatını qəbul edib səssizcə uda bilməzdi. Onlar üçün bu, şəxsi miqyaslı faciədir, özlərinin uzunmüddətli zənginləşmə mənbəyinin itirilməsidir.

Təhdidlərin dərəcəsinə gəlincə, məncə, Paşinyanı ən azı siyasi baxımdan heç nə təhdid etmir. Həmin Ruben Vardanyan və digər Qarabağ separatçıları, eləcə də Ermənistandakı revanşistlər onun qeyri-legitim baş nazir olduğunu deyirlər. Ona görə də, deyirlər ki, onun dediklərinə fikir vermək olmaz, ancaq o belə düşünür və iddia edir. Əlbəttə ki, bu yalandır, baxmayaraq ki, qərar verəcək tək Paşinyan olmayacaq, parlament buna səs verəcək, hökumətin müzakirəyə çıxardığı hər şeyə parlament səs verəcək”, - rusiyalı ekspert politoloq vurğulayır.

Və o, əmindir ki, bu, baş verəcək, çünki səslərin əksəriyyəti 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində ən zəifləmiş vəziyyətdə olmasına baxmayaraq, bütün rəqiblərini inandırıcı şəkildə məğlub edən Paşinyanın partiyasına məxsusdur.

“Yəni Ermənistan vətəndaşları seçim azadlığından istifadə edərək yenə də Paşinyanı və onun komandasını seçiblər. Ona görə də onun indi gördüyü hər şey erməni xalqının, ən azı erməni çoxluğunun iradəsidir”,- A.Petrov qeyd edir.

Daha sonra politoloq hesab edir ki, ermənilər 2021-ci ildə qisasın, Azərbaycanla müharibə olmasının, oğullarının və atalarının ölümünün əleyhinə səs veriblər. Və o vaxtdan bəri heç nə dəyişməyib- insanlar müharibə istəmir və Paşinyan Azərbaycanla münasibətlərin tamamilə normallaşdırılmasını təklif edəndə erməni əksəriyyəti burada, ilk növbədə, öz istəyini və iradəsini görür. Ona görə də A.Petrovun şübhəsi yoxdur ki, nə Qarabağ separatçıları, nə də erməni revanşistləri Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə, eləcə də separatçı layihənin iflasa uğradığını etiraf etməklə heç nə edə bilməzlər. Onların edə biləcəyi yeganə şey, onun fikrincə, Paşinyanın fiziki olaraq uzaqlaşdırılmasıdır.

“Amma mən hesab edirəm ki, o olmasa belə, Ermənistan-Azərbaycan nizamlanması prosesi yalnız bir müddət səngiyəcək. Çox güman ki, onun yerinə öz fraksiyasından kimsə gələcək. Və düşünürəm ki, kurs eyni istiqamətdə gedəcək, çünki təkcə Rusiya və Azərbaycan deyil, erməni ictimaiyyəti də bunda israrlıdır. İrəvan, əlbəttə ki, belə demək mümkünsə, qarşıdurmanı canlandırmağa mümkün qədər az diqqət yetirməyə üstünlük verir, baxmayaraq ki, vaxtaşırı onu nəyəsə məcbur edirlər. Amma bunda Rusiyanı qabaqlamaq, yəni Cənubi Qafqazda nüfuz uğrunda diplomatik mübarizədə qalib gəlmək istəyənlər də Ermənistanın Qərb sponsorlarıdır. Güc mərkəzləri- Aİ və ABŞ üçün bəzi nəticələr həm Rusiyaya, həm də dünyaya nəyisə öz nailiyyətləri kimi təqdim etmək üçün indi son dərəcə vacibdir"-deyə rusiyalı ekspert hesab edir.

Onun fikrincə, bu prosesdə Azərbaycan qalib mövqedədir, çünki 44 günlük müharibənin qalibi kimi Ermənistana öz şərtlərini diktə edir və Qərb Bakıya təzyiq edə bilməz, çünki o, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun mühüm tərəfdaşıdır.

“Amma Qərb istəsə Yerevana kifayət qədər sakit şəkildə təzyiq edə bilər, amma avropalıların burada iqtisadi, həm də siyasi faydası yoxdur. Paşinyan artıq Ermənistanda iki illik müddətə avropalı müşahidəçilər missiyasını yerləşdirib. Ermənistan isə Qərblə qalmaq istədiyindən, bir çox şərtlərini qoya bilər. O cümlədən Azərbaycanla sülh müqaviləsinin imzalanması. Bu isə Qarabağdakı separatçı layihənin rədd edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir”,- politoloq əmindir.

Deməli, hətta Paşinyanın ölümü belə, A.Petrovun fikrincə, Ermənistanın siyasi gündəminin mahiyyətini dəyişməyəcək, onun yerinə yenə eyni Paşinyanın partiyasından sadəcə bir qərb tərəfdarı gələcək və növbədənkənar parlament seçkilərinin, hətta belə bir fövqəladə şəraitdə də keçirilməsi baş verə bilər. Ermənistan qanunlarına əsasən belə tələb olunur.

“Ona görə də separatçıların və revanşistlərin indi qadir olduqları yeganə şey Nikol Paşinyana qarşı fiziki nifrətdir, bu kontekstdə indi onlar baş nazirə və Azərbaycana qarşı çox dəhşətli sözlər və təhdidlər səsləndirəcək, sülhməramların zonasında bir neçə mitinq təşkil edəcəklər. Amma İrəvanda da əmindirlər ki, bunun Azərbaycanın Qarabağ iqtisadi rayonunda havanı silkələməkdən başqa heç bir effekt olmayacaq. Reallıq göstərir ki, Paşinyanın devrilməsi, hətta 2020-ci ilin noyabrında onun ən yaralı vəziyyətdə olduğu və ölkəsini həqiqətən Azərbaycanla dinc yanaşı yaşamağa yaxınlaşdırdığı vaxt da mümkün olmadı”, - deyə A.Petrov bildirib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasısi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər