PDF Oxu

MİA

  • 5 323

Qazaxstanlı politoloq: “Ermənistan region ölkələri üçün problemlər yaradan geosiyasi itdir” – ŞƏRH

image

Azat Axmetov: “Biz və regiondakı qonşularımız açıq şəkildə Ermənistanı MDB məkanında ən zəhərli siyasi autsayder adlandırırıq”

Amerika və Avropadakı moderatorlar artıq İrəvanın danışıqlar prosesini qəsdən uzatdığından şübhə etmirlər. Çətin vəziyyətə düşməməyə çalışsalar da, danışıqları müsbət istiqamətə yönəltməyə çalışırlar. Moskvaya gəlincə, o, təbii ki, əvvəlcə erməni tərəfinin əhval-ruhiyyəsini anladı və ola bilsin, bundan öz maraqları üçün istifadə etdi.

Eyni zamanda, İrəvanın destruktiv siyasəti təkcə siyasi və diplomatik yolu ləngitmir, onunla bağlı bütün innovativ prosesləri dondurur, məsələn, Zəngəzur dəhlizi ilə beynəlxalq nəqliyyat tranzitinin işə salınması- bunda təkcə Azərbaycanın deyil, həm də Mərkəzi Asiya ölkələrinin əksəriyyətinin maraqları var. Rusiya Federasiyası ərazisindən keçən köhnə marşrutlardan istifadə etməyə məcbur olan Xəzər dənizinin o tayındakı bir sıra Mərkəzi Asiya dövlətlərinə qarşı Qərbin ikinci dərəcəli sanksiyaları təhlükəsi qarşısında Zəngəzur dəhlizi ilə yüklərin daşınması imkanlarının Ermənistan tərəfindən əngəllənməsi bütün regionun planlarını pozur.

Qazaxstanlı politoloq Azat Axmetovun Caliber.az-a müsahibəsində dediyi kimi, Ermənistan birbaşa və dolayısı ilə bir sıra ölkələr üçün bir çox problemlər yaradan geosiyasi itdir.

“Uzun illərdir ki, iqtisadi, qismən də siyasi təcrid vəziyyətində olan Ermənistan işğalçılıq siyasəti ucbatından bir çox üstünlüklərini itirib və müxtəlif ssudalarla dolanmağa, az qala yemək üçün müxtəlif növ yardımlar dilənməyə öyrəşib. Onun rəhbərliyi reallığı obyektiv dərk etməkdən tamamilə məhrumdur. Aramsız erməni revanşizmi vəziyyəti gərginləşdirməkdə davam edir və açıq qıcıq yaradır, o cümlədən bir sıra Mərkəzi Asiya ölkələrində.

Əminliklə deyə bilərəm ki, biz və regiondakı qonşularımız açıq şəkildə Ermənistanı MDB məkanında ən zəhərli siyasi autsayder adlandırırıq. Və bu, həm siyasi müstəvidə, həm də pərdəarxası görüşlərdə, əgər orada erməni siyasətçiləri varsa, bu artıq açıq şəkildə eşidilir. Və erməni separatçılarının Azərbaycan torpaqlarında davamlı təxribatları, Ermənistan silahlı qüvvələri tərəfindən az qala hər gün qonşu ölkənin ərazisini atəşə tutması Ermənistanın Cənubi Qafqazda sülh istəmədiyindən xəbər verir. Ona görə də heç kim rahatlamamalıdır”,- A.Axmetov deyir.

İndi belə bir vəziyyət yaranıb- politoloq qeyd edir- bir çox ölkələr müəyyən mənada Ermənistandan, onun quduz millətçiliyindən və əsassız siyasi iddialarından asılı vəziyyətə düşüblər. İrəvan isə bunu praktiki olaraq nümayiş etdirir. Ancaq boş yerə- çıxış yolu tapılacaq və bundan yalnız Ermənistanın özü pis vəziyyətdə qalacaq.

“Rusiya ərazisindən keçən nəqliyyat marşrutlarının obyektiv şaxələndirilməsi, bu ölkə ilə iqtisadi əlaqələr fərqli geosiyasi reallıq yaradır, burada Xəzər dənizi vasitəsilə Azərbaycanla əlaqə əsas strateji magistraldır. Məhz bu yol, həm də Zəngəzur dəhlizindən keçən Çindən Avropaya uzanan “Orta Dəhliz” strategiyası bir çox cəhətdən ölkələrimiz üçün günümüzün reallıqlarını formalaşdırır. Lakin bu gün Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın yeni nəqliyyat marşrutlarını ən sərfəli və rahat şəkildə inkişaf etdirməsinə mane olan Ermənistandır- öz ərazisindən tranzit imkanlarına mane olur. Amma iki ildən artıqdır ki, kommunikasiyaların açılmasını səbirlə gözləyirik.

Üstəlik, Ermənistan bölgədə vəziyyəti qəsdən pozur, daim revanşist şüarlar səsləndirir, Azərbaycanla yeni müharibəyə çağırır. Hətta dövlət səviyyəsində hələ də İrəvandan Bakıya qarşı təhdidlər var, baxmayaraq ki, bu ölkə 44 günlük müharibənin nəticələrinə görə birmənalı şəkildə təslim olub və bununla bağlı öhdəliklərini heç şübhəsiz yerinə yetirməlidir. Tamamilə başa düşüləndir ki, iri qərbli investorların da belə bir vəziyyətdə şübhələri var- onlar Cənubi Qafqazda nəhayət ki, siyasi gərginliyin baş verəcəyini gözləyirlər. Bütün bunlar Mərkəzi Asiya ölkələri üçün tranzit perspektivlərini xeyli ləngidir, onlar indi dəhlizdə qonaq rolunda olurlar, burada dost olmayan Ermənistan qonaq otağına gedən yolu kəsib, əllərini beyninə qoyub, heç kimiə içəri buraxmaq istəmir.

Allaha şükür, başqa imkanlar və yollar da var: Bakı-Tbilisi-Qars dəmir yolu tranziti və Mərkəzi Asiya ölkələri üçün Avropaya tranzit artıq qurulub və göz qabağındadır. Yerevan Üçtərəfli Bəyanat üzrə öhdəliklərinin yerinə yetirilməsinə mane olmaqda davam edərsə, Ermənistanın sadəcə olaraq yan keçəcəyi, lazımsız halqa kimi kənara qoyulacağı saat uzaqda deyil. O zaman Ermənistan üçün ən qara günlər gələcək, çünki regionda apardığı destruktiv siyasətə görə Avropa İttifaqının ona qarşı sanksiyalar tətbiq etməsinə qədər heç nə istisna edilmir. Təkcə ona görə ki, təkcə Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Rusiya deyil, Qərbin özü də tranzit marşrutlarını tez bir zamanda qurmaq istəyir- bu proseslərin ilk sifarişçisidir və belə qüvvələrlə zarafat etməyə dəyməz”- aazaxıstanlı politoloq bildirib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər