PDF Oxu

MİA

  • 7 397

Əcnəbi ekspertlər: Ermənistan silahlı münaqişənin yeni mərhələsinə qərar verib – RƏYLƏR

image

“Qarabağda genişmiqyaslı müharibə planlaşdırılır, ya da bu, İrəvanın separatçılarla birgə başlatdığı böyük silahlı münaqişənin proloqudur. Buna hazır olmaq lazımdır”

Regionda baş verən son hadisələrə obyektiv qiymət verməkdən belə nəticə çıxır ki, İrəvan faktiki olaraq Bakı ilə danışıqlar prosesindən tamamilə geri çəkilib və eyni zamanda sərhəd zonasında Azərbaycan mövqelərinin atəşə tutulmasını intensivləşdirir, silah və texnikanı şərti sərhədə çəkir. Və bütün bunlar müxtəlif erməni xadimlərinin bütün beynəlxalq platformalarda Azərbaycana qarşı “soyqırım” və “aclıq” ittihamları fonunda baş verir.

Bölgədəki mövcud vəziyyət israilli publisist-jurnalist, İsrail Jurnalistlər Birliyinin beynəlxalq əlaqələr komissiyasının rəhbəri Rostislav Holtsmanı da narahat edir.

“Bu, həqiqətən proqnozlarda yanılmaq istədiyiniz zamandır. Ancaq təəssüf ki, belə bir ssenari hadisələrin vektoru ilə göstərilir. Münaqişələrin bu klassiki israillilərə əvvəlcədən tanışdır: hər şey atəşkəs kimi görünəndə, atəşkəs razılaşması əldə edilir və məğlub olan tərəf qalibin ərazi bütövlüyünü tanıyır, ancaq bədbəxtlik budur ki, müəyyən bir milli azlıq onsuz da qalır. Qalib dövlətin suveren ərazisini tanınır, bunun ardınca məğlub olan ölkə birdən qalibi günahlandırmağa başlayır. Təxribat mexanizmi isə elədir ki, “təqib” bəhanəsi ilə ağlasığmaz böhtanlar ataraq, aramsız təbliğat apararaq, haqlı olan tərəfin arqumentləri sadəcə olaraq təxribatçıların cəfəng bəyanatları altında basdırılanda, bu həmin ölkəni özünü müdafiə etməyə vadar edir. Məsələn, hadisələrin belə dönüşü o zaman baş verdi ki, İsrail və İordaniya sülh müqaviləsi imzalamaq ərəfəsində idi, amma hər şey tam əksinə oldu.

Fikrimcə, indi bütün əlamətlər onu göstərir ki, ya Qarabağda genişmiqyaslı müharibə planlaşdırılır, ya da bu, İrəvanın separatçılarla birgə başlatdığı böyük silahlı münaqişənin proloqudur. Buna hazır olmaq lazımdır”, - deyə R.Qoltsman vurğulayıb.

İsrailli ekspert xatırladır ki, Ermənistan Silahlı Qüvvələrinin böyük hissəsi Azərbaycan ərazisindən çıxarılanda çoxları nəhayət sülhün bərqərar olacağına ümid edirdi, lakin bu baş vermədi. Təl-Əvivin separatçı birləşmələrlə qarşıdurma təcrübəsi göstərir ki, məğlub olan tərəf bir az özünə gələn kimi, vəziyyətə uyğunlaşaraq, yenidən yeni revanşa hazırlaşmağa başlaya bilər.

“Əlbəttə, bu, kənardan kömək olmadan baş verə bilməzdi - bu, göz qabağındadır. Hər şey göstərir ki, bu təxribatların təşkilatçıları beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin dəstəyini alıblar. Və belə çirkin oyun üçün çox açıq bir iddiaçı Fransadır. Hansı ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün döyüşməyə hazır olduğunu hər yerdə açıq şəkildə bəyan edir, əslində isə erməni tərəfdə qisas almaq üçün əsassız ümidlər oyadır. Bu o deməkdir ki, qarşıdan yeni genişmiqyaslı silahlı münaqişə gəlir. Yenə də vurğulamaq istərdim ki, proqnozumun baş tutmamasını çox istərdim, lakin hələlik əlamətlər başqa prosesdən xəbər verir”, - deyə R.Qoltsman yekunlaşdırıb.

Eyni fikri, prinsipcə, qazaxıstanlı politoloq Atbek Aytmatov da bölüşür, o hesab edir ki, 44 günlük müharibədən sonra İrəvanın separatçılarla əlaqələri kəsilməyib.

“Burada erməni separatizminin funksionallığı kimi bir qədər paradoksal faktı nəzərə almağa dəyər. Bəli, onun “doğma başçısının” guya rəsmi İrəvanla fikir ayrılığı ola bilər, amma Azərbaycana qarşı genişmiqyaslı təxribatlara gəlincə, hər şey çox rəvan və konstruktiv şəkildə baş verir. Bundan əlavə, Harutyunyanla Paşinyan arasında hər cür iddia edilən anlaşılmazlıqlar da bir teatrdır. Paşinyan Bako Saakyanı oradan sıxışdırıb Arayıki bu vəzifəyə təyin etmədimi? Deməli, Arutyunyan həmişə İrəvana xidmət etməyə hazırdır və o, nə etdiyini çox gözəl bilirdi.

Qarabağda mindən artıq silahlı separatçı İrəvanın Qarabağın bir hissəsinə nəzarət etmək üçün son şansıdır və o, onlardan belə asanlıqla əl çəkməyəcək. Bu, onun ərazidəki son manipulyasiya alətidir, buna görə də hərbi texnikanın hərəkəti və regionda silahlı təxribatların güclənməsi, eləcə də dinc təşəbbüslərin qətiyyətlə aradan götürülməsi baxımından Ermənistan silahlı qüvvələrin yeni raunduna qərar verdi. Xarici havadarlarının dəstəyi ilə əlbəttə”, - deyə A.Aytmatov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər