PDF Oxu

MİA

  • 1 235

Qlobal istiləşməni yavaşlatmaq mümkündür

image

Okean buzu sürətlə əriyir və iqlim böhranını daha da pisləşdirir, lakin buzu yenidən qalınlaşdırmaq üçün həyata keçirilən cəsarətli addımlar bu addımın uğurlu ola biləcəyini göstərdi. Bu Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən "Real Ice" şirkəti tərəfindən aparılan geomühəndislik təcrübəsinin nəticəsində bəlli olub.

Kanadanın şimalındakı Kembric körfəzindəki İnuit şəhərindən cəmi 4 mil məsafədə qar arabası ilə Arktika dəniz buzunun üzərində dayanan layihə icraçısı Andrea Ceccolini bildirir ki, sol tərəfində son bir neçə gündə yüksək şimal yayında artıq batmayan günəşin yaratdığı ərimiş su gölməçələri var. Sağ tərəfində isə dəniz buzu hələ də parlaq ağ rəngdədir, üstündəki yüngül qar tozu parıldamağa davam edir və qalınlığını itirməyib.Sərhəd inanılmaz dərəcədə fərqlidir - deyə o bildirir.

Beş ay əvvəl komanda dəniz buzunda -40C temperatura tab gətirərək quyular qazıb 50.000 ton okean suyunu səthinə çıxarmışdı. Yeni ölçmələrə görə, buz demək olar ki, dərhal donub və 1,5 metr dərinliyindəki buzu təxminən 50 sm qalınlaşdırıb. Bu, ərimə mövsümünün əvvəlində buzları qoruyub saxlayıb və bir gün, bəlkə də, Arktikanın əhəmiyyətli bir hissəsinin yenidən dondurulmasının mümkün ola biləcəyinə dair ilkin əlamətdir.

"İndi ətrafımızda buz sürətlə əriyir, xırtıldayan ağ səthi parlaq mavi gölməçələrə çevirir və aşağıdakı şəffaf buzda hava qabarcıqlarını ortaya çıxarır. Körfəzdəki temperatur 5C-dən yuxarıdır ki, bu da ilin bu vaxtında gözlənilən normal -6C-dən 1C-yə qədər olan temperaturdan xeyli yüksəkdir. Bu həqiqətən də həddindən artıqdır", - deyə Ceccolini bildirir.

Ərimə Kembric körfəzində baş vermir. Arktikanın hər yerində dəniz buzları iqlim böhranı səbəbindən sürətlə yox olur. Yay buzları son 45 ildə təxminən 40% azalıb. Bu, iqlim sisteminin ən təhlükəli hadisəsidir.

Buz günəş istiliyinin 70%-ni kosmosa əks etdirir, açıq okean isə yalnız 7%-ni əks etdirir. Ərimə dənizi nə qədər çox açırsa, temperatur o qədər istiləşir və ərimə prosesi bir o qədər çox olur. Yay dəniz buzları 2030-cu illərin əvvəllərində yox ola bilər və alimlər istiliyin artmasının iqlimi fəlakətli ola biləcəyindən narahatdırlar.

Buzda işləyən komanda əllərindən gələn hər xırdalığı ölçməklə məşğuldur: buzun hər 2 sm-də temperaturu, duzluluq üçün uzun nüvələri, buz quruluşunu və bioloji analizi və ən əsası, yenidən buzladıqları ərazinin nə qədər əks etdirici olduğunu.

Mavi səmaya və güclü günəşə baxmayaraq, külək sayəsində buzun üzəri hələ də soyuqdur. "Qışda işləmək daha çətindir, ən soyuq gün -63C idi və külək insanı kəsirdi", - deyə "Real Ice"in həmtəsisçiləri Cían Sherwin ilə Simon Woods bildirir. Həddindən artıq aşağı temperatur komandanı dondura bilərdi, onlar -40C temperaturda işləyir, donma əlamətləri olma bilmə ehtimalına qarşı bir-birlərini diqqətlə izləyirdilər".

Ceccolini deyir: “Ağ buzun üzərində bələdçilər olmadan geriyə qayıtmaq çətindir, çünki 10 metr qarşını görə bilməzsiniz. Vəhşi təbiət, qütb ayılarının avadanlıqların kabellərini dişləmə ehtimalından tutmuş arktik tülkülərə qədər çox təhlükə var."

Bu ilin yanvar və fevral aylarında nasoslar ümumilikdə 1080 saat işləyib və yan tərəfdə təxminən 450 metrlik kvadrat sahəni buzla doldurub. Kiçik nasoslar mətbəx tosterindən daha az enerji tələb edir, çünki onlar suyu buzun altından yalnız üstünə qaldırırlar.

Nəticələri indi kosmosdan görmək mümkündür və komanda üzvləri sınaq sahəsinin ərimə mövsümü başladıqdan bir neçə gün sonra mavi dənizdə ağ bir ada kimi göründüyünü göstərirlər. Buzun qalınlaşma prosesi gücləndirilir, çünki vurulan dəniz suyu yuxarıdakı yüksək izolyasiyaedici qar təbəqəsini buza çevirir. Bu o deməkdir ki, havanın həddindən artıq soyuğu buzdan daha yaxşı keçir və alt hissədə əlavə buz böyüməsini stimullaşdırır.

Ceccolini deyir ki, keçən il "Real Ice" buzun qalınlığına təxminən 30 sm, bu ilki əlavə ilə isə ümumilikdə 50 sm əlavə edib. Bu rəqəm böyük səslənməyə bilər, amma qlobal istiləşmənin yavaşlaması üçün kifayət qədər yaxşı nəticədir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər