(Mərhələli həll)
Tərəflər uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə nizama salıb, mövcud atəşkəsi möhkəm sülhə çevirmək əzmində olaraq, regionda sülhün və əməkdaşlığın onların xalqlarının tərəqqisi və firavanlığı üçün önəmliyini təsdiqləyərək, Qafqaz xalqlarına demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə böyük ümid bəslənməsi şəraitində normal və səmərəli həyat sürmək imkanı verməklə bu regionun birgə iqtisadi inkişafı üçün zəmin yaratmaq istəyərək; bu sazişə uyğun olaraq əməkdaşlığın bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracağını, beynəlxalq təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə, regionda xarici kapital qoyuluşlarının xeyli artması üçün lazımi sabitlik yaradılmasına və müqəddəm şərtləri Qafqaz regionunun özündə olan təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşılıqlı surətdə faydalı ticarətə yol açmasına və insanlar arasında barışığın və əməkdaşlığın onların çox böyük potensialını qonşularının və dünya xalqlarının firavanlığı üçün sərbəstləşdirməyə imkan verəcəyini dərk edərək, BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və qərarlarına, beynəlxalq hüququn hamılıqla tanınmış normalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrınin tamamilə həyata keçirilməsinə sadiq qalaraq, ATƏT-in üzvü olan dövlətlərin münaqişənin dincliklə nizama salınmasında səylərini gücləndirmək və ATƏT-ə kömək etmək barədə 1994-ci ildə Budapeşt sammitində öhdəlik götürdüklərini və onların Minsk konfransının həmsədrlərinə operativ danışıqlar aparmağa dair tapşırıq verdiklərini və silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında saziş əldə edildikdən sonra BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul olunacağı təqdirdə sülhün qorunması üzrə ATƏT-ə çoxmilli qüvvələr verməyə siyasi cəhətdən hazır olduqları barədə bəyanatını xatırladaraq, və Dağlıq Qarabağın qəti statusunu müəyyənləşdirəcək hərtərəfli nizamasalmaya təxirə salınmadan nail olmaq məqsədı ilə sülh prosesini vicdanla davam etdirmək əzmində olaraq, aşağıdakılar barədə öz üzərlərinə öhdəliklər götürürlər:
1. Tərəflər öz aralarındakı mübahisələrin həlli üçün zor işlətməklə hədələməkdən və ya zor işlətməkdən imtina edir və çəkinirlər. Onlar bütün belə mübahisələri, o cümlədən, bu sazişin həyata keçirilməsi ilə əlaqədar yarana biləcək mübahisələri dinc vasitələrlə, ilk növbədə, danışıqlar yolu ilə, o cümlədən, ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlar yolu ilə həll edirlər.
2. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara uyğun olaraq və I əlavədə müfəssəl şərh edildiyi kimi çıxarırlar:
a) Birinci mərhələdə qüvvələr Dağlıq Qarabağdan Şərqə və Cənuba doğru uzanan indiki təmas xətti boyunca I əlavədə göstərilmiş xətlərə və bu əlavədə olan cədvələ müvafıq surətdə, ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış müvəqqəti bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin etməyə imkan yaradılması məqsədi ilə yüksək səviyyədə planlaşdırma qrupunun (YSPQ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilir.
b) İkinci mərhələdə qüvvələr eyni vaxtda və I əlavədə göstərilmiş cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılır:
1) Ermənistan Respublikasının sərhədləri xaricində yerləşdirilmiş Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə aparılır.
2) Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-ci il hüdudları daxilinə aparılır.
3) Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyəsinə əsasən I əlavədə göstərilmiş xətdən kənara çıxarılır və Ermənistanın hər hansı ərazisindən çıxarılır.
4) Ağır silahlar YSPQ-nin tövsiyələrinə əsasən ATƏT-in sülhü müdafiə qüvvələrinin müşahidəsi altında, I əlavədə şərh edilmiş şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməklə bu əlavədə göstərilmiş yerlərə aparılır.
3. Qüvvələrin bu cür çıxarılması və yerdəyişməsinin aid olduğu ərazi, II əlavədə müfəssəl şərh olunduğu kimi, bufer zonasının və ayırıcı zonanı əmələ gətirir:
a) Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer zonası DQMV-nin 1988-ci il hüdudları, Laçın rayonunun şimal və cənub hüdudları boyunca yerləşir. Bufer zonasında əhali məskunlaşdırılmır və ATƏT-in sülhü müdafiə əməliyyatının elementləri istisna olmaqla, tamamilə silahsızlaşdırılır.
b) 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, Daimi Qarışıq Komissiya ilə əməkdaşlıq şəraitində fəaliyyət üçün icazə verilmiş qüvvələr, o cümlədən, aşağıda göstərilən qüvvələr istisna olmaqla, ayırıcı zona silahsızlaşdırılır:
1) Sülhü müdafiə əməliyyatının elementləri;
2) Sərhəddə keşik çəkmək və minalardan təmizləmə üçün bölmələr;
3) Say tərkibi və icazə verilmiş silahı II əlavədə müəyyən edilmiş mülki polis.
s) II əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada uçuşsuz zona yaradılır, ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında tərəflər bu zonada hərbi uçuşlar keçirilməsinə yəl vermirlər.
d) II maddəyə uyğun olaraq qüvvələr çıxarıldıqdan sənra Dağlıq Qarabağın hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə təhlükəsizlik Dağlıq Qarabağın mövcud hərbi strukturları və təhlükəsizlik strukturları tərəfindən təmin olunur.
4. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarlarına uyğun olaraq tərəflər ATƏT-in çoxmilli sülhü müdafiə əməliyyatını (SMƏ) dəvət edir və onun yerləşdirilməsinə kömək göstərirlər. O, 7-ci maddədə müəyyən olunduğu kimi, Daimi Qarışıq Komissiya və Ermənistan-Azərbaycan hökumətlərarası komissiya ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir.
SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına, hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdırma rejiminin qorunub saxlanmasına və II əlavədə şərh olunduğu kimi, Ermənistan- Azərbaycan sərhədində vəziyyətə nəzarət edir. Tərəflər bu məqsədlərdən ötrü BMT Təhlükəsizlik Şurasını bir ildən az olmayaraq ilkin dövr üçün müvafiq qətnamə qəbul etməyə və lazım gəldikdə, ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə həmin qətnamənin müddəalarını bərpa etməyə çağırırlar. Tərəflər razıdırlar ki, çoxmilli sülhü müdafiə əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli həllinin sürətindən asılı olaraq,. minimum zərurət həddində əlacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və sülhü müdafiə əməliyyatının hər hansı şəkildə pozulmasının və ya dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edirlər.
5. Təfətlər II əlavədə şərh olunduğu kimi, köçkün şəxslərin ayırıcı zonadakı öz əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmalarına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bütün tərəflərdə inam yaratmaq üçün Daimi Qarışıq Komissiya ilə əməkdaşlıq şəraitində SMƏ-yə qayıdan əhalinin təhlükəsizliyinə göz qəyur. Tərəflər bu sazişlə və ya hərtərəfli nizamasalma ilə əhatə olunmuş Ermənistanla Azərbaycan arasında münaqişə və gərginlik nəticəsində 1987-ci ildən sonra köçmüş şəxslərdən savayı, qalan digər şəxslərin tezliklə təhlükəsiz şəraitdə və könüllü şəkildə qayıtmalarının həyata keçirilməsi haqqında danışıqlar aparırlar.
6. Qüvvələrin çıxarılması ilə eyni zamanda, tərəflərin yolların, dəmir yollarının, elektrik və rabitə xətlərinin açılması, ticarət münasibətlərinin və digər münasibətlərin bərpası məqsədi ilə bütün tədbirləri, o cümlədən, buna mümkün qədər qısa müddətdə nail olmaq üçün bütün lazımi işləri III əlavədə şərh edilmiş cədvələ və konkret müddəalara müvafiq surətdə dərhal həyata keçirirlər. Tərəflər, etnik azlıqlar da daxil olmaqla, hamının bu əlaqələrdən istifadə etməsinə təminat verir, bu azlıqların regionun digər yerlərindəki öz etnik qrupları ilə ünsiyyətdə olmasını təmin edirlər. Tərəflərdən hər biri bütün blokadaları aradan qaldırmağı, yüklərin, adamların bütün digər tərəflərə maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmiryol əlaqəsinə təminat verirlər.
7. Tərəflər münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin tezliklə və təhlükəsiz qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdırılması və bütün cənazələrin qalıqlarının qaytarılmasının, yenidənqurma məqsədləri ilə ayrı-seçkilik qoyulmadan humanitar yardımın və köməyin Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT-nin qaçqınların işləri üzrə ali komissarlarının və digər beynəlxalq təşkilatların nəzarət etdikləri ərazidən münaqişə zamanı zərər çəkmiş rayonlara çatdırılmasının təmin olunması üçün onlarla tam əməkdaşlıq edirlər. Tərəflər etimadı möhkəmlətmək tədbirlərinin həyata keçirilməsində Daimi Qarışıq Komissiya vasitəsilə ATƏT-in SMƏ təşkilatı ilə əməkdaşlıq edirlər.
8. Tərəflər bu sazişin Azərbaycana və Dağlıq Qarabağa aid problemlər barəsində müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, sədrin bir müavini Azərbaycandan, digəri isə Dağlıq Qarabağdandır. DQK-nin əsas vəzifəsi sazişin həyata keçırilməsinə nəzarət etmək, ATƏT-dən əlan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiya verməkdən ibarətdir. DQK-nın hərbi, iqtisadi, humanitar,. mədəni və rabitə üzrə yardımçı komissiyaları olur. DQK-nın strukturu, funksiyaları və ona aid başqa təfərrüatlar IV əlavədə şərh edilmişdir.
9. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmalarının qarşısının alınmasına kömək edilməsi, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqələr qurulması, yolların, dəmir yolların, rabitənin, boru kəmərlərinin açılmasına, ticarət münasibətlərinin və başqa münasibətlərin bərpası tədbirlərinə nəzarət olunması və bu tədbirlərə kömək göstərilməsi üçün dərhal Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAK-nın iki həmsədri olur: biri Ermənistandan, digəri Azərbaycandan. Komissiyaya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi nümayəndə daxildir. EAHK-nın strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 5-ci əlavədə şərh olunmuşdur. Azərbaycan Respublikası və Ermənistan Respublikası bir-birlərinin paytaxtlarında əlaqə büroları yaradırlar.
10. Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi tarazlıq və Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə tam əməl edilməsi də daxil olmaqla, regionda təhlükəsizliyin artmasını təmin etmək məqsədi ilə müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli danıışıqlara qoşulurlar.
11. Bu müqavilədə üç tərəf münaqişənin hərbi cəhətinə son qoyaraq, Dağlıq Qarabağın statusununun müəyyənləşdirilməsini, Laçın, Şuşa və Şaumyan problemlərinin həllini əhatə edən siyasi cəhət də daxil olmaqla, münaqişənin bütün başqa cəhətlərinin hərtərəfli həllinə təxirəsalınmadan nail olmaq üçün Minsk konfransı həmsədrlərinin və müvafiq surətdə ATƏT-in fəaliyyətdə olan sədrinin dəvət etdiyi digər tərəflərin köməyi ilə danışıqları vicdanla davam etdirməyə razılaşırlar; danışıqlar yolu ilə nizamasalmaya nail olduqdan və yuxarıda göstərilən üç tərəf onu imzaladıqdan sonra belə nizamasalma mümkün qədər tezliklə çağırılan Minsk konfransında beynəlxalq birlik tərəfindən tanınmalıdır.
12. Tərəflərdən hər biri digər tərəflərin və onların əhalisinin təhlükəsizliyinə tamamilə hörmət edir. Tərəflər öz xalqları arasındakı ticarətə və normal qarşılıqlı fəaliyyətə kömək göstərərək, onların arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və bu sazişi, yaxud xoş münasibətləri sarsıda biləcək bəyanatlardan və ya hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər.
13. Sülhün qorunması və qoşunların çıxarılmasına nəzarət barədə yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in müvafiq prinsiplərini və öhdəliklərini, o cümlədən, 1992- ci ilin Helsinki sənədində və 1994- cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri və öhdəlikləri xatırladaraq, ATƏT bu sazişin bütün cəhətlərinin tamamilə həyata keçirilməsinə müvafiq mexanizmlər vasitəsilə nəzarət edir və sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür. Bu sazişin şahidləri ATƏT-in Daimi Şurası və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə fəaliyyət göstərərək, onun tam şəkildə həyata keçirilməsinə kömək edirlər. Bu saziş ciddi şəkildə pozulduğu təqdirdə, onlar zəruri tədbirlər barəsində öz aralarında məsləhətləşir, ATƏT-in fəaliyyətdə olan sədrinə, Birləşmiş Millətlər Təşkilatı Şurasının sədrinə və Birləşmiş Millətlər Təşkilatının baş katibinə dərhal məlumat verir və ATƏT-in Daimi Şurasından, yaxud BMT-nin Təhlükəsizlik Şurasından bununla əlaqədar müvafiq hərəkətləri nəzərdən keçirməyi xahiş edirlər.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru