PDF Oxu

MİA

  • 4 885

MÜVƏKKİLİN FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ TƏMİNATLARI

image

Müvəkkil şərti maliyyə vahidinin 1200 mislinə bərabər məbləğdə aylıq əmək haqqı alır.

Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.

Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.

Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi müəyyən olunmuş qaydada məzuniyyət verilir.

Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fisiləsiz iş stajına daxil edilir.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

Vaxtından asılı olmayaraq, müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə müvəkkil üçün müəyyən edilmiş vəzifə maaaşının 80 faizi məbləğində pensiya alır.

Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır. Yerlərdə müvəkkilin regional mərkəzləri yaradıla bilər.

Müvəkkilin aparatı üzərində Azəbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.

Aparat və regional mərkəzlər müvəkkil tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzlər haqqında" Əsasnaməyə uyğun fəaliyyət göstərir.

Müvəkkilin aparatının və regional mərkəzlərinin strukturu, ştat cədvəli və smeta xərcləri müvəkkil tərəfindən müəyyən edilir.

Müvəkkil aparatının regional mərkəzlərinin işçilərini müvəkkil işə götürür və işdən azad edir.

Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

Ombudsman təsisatının yaradılması Azərbaycanda gedən demokratikləşdirmə prosesinin bariz nümunəsidir. Bu qurumun ölkəmizdə yaradılması insan hüquq və azadlıqlarının qorunmasında olan boşluğun doldurulmasına imkan vermiş, respublikada bu sahədə fəaliyyət göstərən mövcud müdafiə mexanizmləri ilə uzlaşdırılaraq, bir növ onları tamamlamışdır. Əlbəttə, Ombudsmanın fəaliyyəti təkcə konkret hallarda insan hüquq və azadlıqlarını müdafiə etməklə məhdudlaşmamalı, o, bu sahədəki ümumi nöqsanların da özünəməxsus üsullarla aşkara çıxarılıb, aradan qaldırılmasına xidmət göstərməlidir.

Hazırda Azərbaycanda Ombudsman Aparatının strukturlarının formalaşdırılması davam etdirilir. İlk növbədə, qurumun rəhbərliyi 58 ştat üzrə qəbul olunan işçilərin keyfiyyət tərkibini təmin etməyə çalışırdı. 2002-ci ilin avqust ayında ölkədə keçirilmiş referendum nəticəsində konstitusiyada təsbit edilməklə Ombudsman Təsisatı artıq qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində fəal iş görməyə başlamışdır.

Təhlillər göstərir ki, fəaliyyət göstərmək üçün ərizə ilə müraciət edən 170 nəfərdən ilkin mərhələdə 45 nəfəri müvəkkilin aparatına müxtəlif vəzifələrdə təyinat üçün seçilmiş, beləliklə də, göründüyü kimi, bu məqsədlə daha bacarıqlı və səriştəli adamların seçilməsinə imkan olmuşdur. Ombudsman Təsisatının təşkilati şəbəkəsi Azərbaycanın bütün bölmələrini əhatə etməklə, onun işçiləri vətəndaşlar arasında funksiyaları və vəzifələri barədə izahat işi aparılır, onların qəbulu təşkil edilir. Ombudsman Aparatının işçiləri Azərbaycanın penitensiar müəssisələrində görüşlər təşkil edir, məhkumlarla söhbət aparır, onların hüquqlarının qorunması sahəsində mövcud problemləri öyrənməyə çalışırlar. Qurumda, xüsusi olaraq, qaçqın və məcburi köçkünlərlə bağlı şöbə fəaliyyət göstərir. Bütövlükdə, Ombudsman Təsisatının əsas fəaliyyət prinsipi ölkə vətəndaşlarının hüquqlarını təmənnasız və həssazlıqla müdafiə etməkdən ibarətdir. Bütün bunların nəticəsidir ki, fəaliyyətə başladığı qısa müddət ərzində Ombudsman Aparatına mindən artıq şikayət ərizəsi daxil olmuşdur. Bu da, onu göstərir ki, Azərbaycanda Ombudsman Təsisatı Konstitusiya Qanunu ilə malik olduğu səlahiyyətlərdən və vəzifələrindən kifayət qədər səmərəli istifadə etməklə fəaliyyətə başladı.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2002-ci il tarixli Farmanında deyilir: "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində;

Qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni fəaliyyətinin məhdudlaşdırılmasına və ya fəaliyyətinə müdaxilə edilməsinə görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunundan irəli gələn digər məsələləri həll etsin;

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin həyata keçirilməsi üçün onu statusuna uyğun olan bina, zəruri avadanlıq, rabitə (o cümlədən, hökumət rabitəsinin növləri), nəqliyyat, başqa təşkilati-texniki vasitələrlə təmin etsin;

Hər il Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən, ayrıca maddə ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və onun aparatının fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun."

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər