Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixi Konstitusiya Qanunu
Bu Konstitusiya Qanunu Azərbaycan Respulikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədilə qəbul edilir.
Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatları və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutuluduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.
Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində (müharibənin hüquqauyğun aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla), 28-ci maddəsinin I hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan hüquqlar məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər müəyyən edilə bilməz.
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər.
İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir.
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.
İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədilə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı, həmçinin, iğtişaşların qarşısının alınması üçün; konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ, həmçinin, ictimai təhlükəsizliyin qorunması üçün; konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-cı maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsıni ifadə etmək və yaymaq hüququ, həmçinin, ictimai qaydanın təmin edilməsi üçün konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar, həmçinin, ölkənin iqtisadi rifahı mənafeləri üçün: konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı vəvə 50-cı maddəsində göstərilən məlumat azadlığı, həmçinin, dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi, həmçinin, konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula, həbsə alına və başqa formada azadlıqdan mərhum edilə bilməz:
Şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra azadlıqdan məhrum edilməsi:
şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədilə qanuni tutulması və ya həbs edilməsi;
şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqa və ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədilə onun qanuni tutulması və ya həbs edilməsi;
yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədilə qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması;
yoluxucu xəstəlikləri yayılmasının qarşısını almaq məqsədilə şəxslərin, habelə, ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması;
şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə qanuni tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi çıxarılma və ya ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edilməsi.
Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs dərhal işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir.
Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə, təxirəsalmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz tutulubsa, onun azad olunması haqqında qərar çıxarır.
Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər.
Bu Qanununun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq, tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.
Heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz.
Hər kəs onun hüquqlarını və azadlıqlarını pozan və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının normativ qərarlarından və bələdiyyələrin normativ aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarına dair şikayət verə bilər.
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru