PDF Oxu

MİA

  • 12 104

Biznes və insan hüquqları sahəsində fəaliyyət və BMT-nin İctimai İnformasiya Departamentilə əməkdaşlıq

image

16 iyun 2011-ci il tarixdə BMT-nin İnsan Hüquqları Şurası qlobal səviyyədə biznes sahəsində insan hüquqları baxımından korporativ məsuliyyət çərçivəsini müəyyənləşdirən Biznes və İnsan Hüquqlarına dair Rəhbər Prinsipləri (Guiding Principles for Business and Human Rights (UNGPs)) qəbul etdi.

"İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq kitabında göstərilir: "Sözügedən prinsiplər yuxarıda qeyd olunan korporativ məsuliyyətin dövlətlər və biznes strukturları tərəfindən həyata keçirilməsi ilə bağlı üç əsas məsələni əhatə edir;

- İnsan hüquqlarının müdafiəsində dövlətin vəzifəsi;

- İnsan hüquqlarına hörmət baxımından korporativ məsuliyyət;

- Bizneslə əlaqəli işlərdə sui-istifadə nəticəsində, zərərçəkənin pozulan hüquqlarının bərpası.

Son illərdə BƏK də MİNİ-lərin biznes və insan hüquqları sahəsində aktiv olmasını təşviq edir və bu istiqamətdə işlər görürür. Belə ki, BƏK-in nəzdində biznes və insan hüquqları ilə bağlı ilk tematik işçi qrupunun yaradılması buna misal olaraq göstərilə bilər.

Müvəkkil də öz fəaliyyətində biznes və insan hüquqlarının inkişafı sahəsinə mühüm yer ayırır. Belə ki, biznes və insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin öyrənilməsi və onların qanunvericiliyə implementasiyası məsələsi Azərbaycan Respublikasının İnsan Hüququqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.

12 fevral 2013-cü ildə Ombudsman Aparatında "Biznes və insan hüquqları: problemlər və həlli perspektivləri" mövzusuna həsr olunmuş dəyirmi masada "Ombudsınan yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrup"un yaradılması qərara alınmışdır. İşçi Qrup, aidiyyəti nazirlik və komitələr daxil olmaqla, 9 dövlət qurumunun nümayəndələrindən və 10 QHT təmsilçisindən ibarət tərkibdə yaradılmışdır. Bununla yanaşı, İşçi Qrupun toplantılarına millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, müzakirə mövzusundan asılı olaraq, digər aidiyyəti dövlət və biznes qurumlarının nümayəndələri də dəvət olunmuşlar.

Fəaliyyətə başladığı vaxtdan İşçi Qrupu tərəfindən "Biznes və insan hüquqları: problemlər və həlli perspektivləri", "Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun səmərəli tətbiqi sahəsində gələcək əməkdaşlığın perspektivləri, "Uşaq hüquqları və Biznes", "biznes və qadın hüquqları" mövzularında müzakirələr təşkil olunmuşdur."

İşçi Qrupun toplantılarında mövzular üzrə geniş fikir mübadiləsi aparılır, təklif və tövsiyələr dinlənilir, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil olunur.

Qrupun fəaliyyətinin əsas istiqamətlərindən birini BMT- nin "Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsipləri"nin implementasiyası məqsədi ilə zəruri tədbirlərin görülməsi təşkil edir. Məhz Azərbaycan Ombudsmanının təşəbbüsü ilə BMT-nin Biznes və İnsan Hüquqları sahəsində Rəhbər Prinsipləri və onun şərhi, eyni zamanda, BMT-nin Beynəlxalq Sazişi, Edinburq Bəyannaməsi Azərbaycan dilinə tərcümə olunmuş, İşçi Qrupun üzvlərinə paylanılmış və Müvəkkilin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn, o cümlədən, Biznes və İnsan Hüquqları üzrə öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlər əsasında mümkündür.

Adıçəkilən kitabda qeyd edilir ki, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı Ümummilli Lider Heydər Əliyevin hələ 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq etdiyini bildirmişdir. O, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının, məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər və tədbirlər müəyyən etdiyini vurğulamışdır.

Həmin proqramda Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulduğu, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi kimi mühüm vəzifələrin irəli sürüldüyü bildirilmişdir.

Ombudsman UNESCO-nun onillik "Davamlı inkişaf naminə təhsil" proqramında milli, regional, qlobal səviyyədə əməkdaşlığın zəruriliyinin vurğulandığını bildirmişdir. O, 2014-cü ildə bu proqramın başa çatmasını nəzərə alaraq, dövlət və vətəndaş cəmiyyəti, QHT-lərlə şəbəkə şəklində birgə əməkdaşlıqda bu sahədə Azərbaycanda ölkə prioritetləri üzrə əldə edilmiş nailiyyətlərin təhlilini, kitab şəklində nəşrini və UNESCO-ya təqdim olunmasını təklif etmişdir.

Konfransda UNESCO-nun Bioetika Baza Tədris Proqramının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman Təsisatı insan hüquqları, o cümlədən, mədəni hüquqların müdafiəsi istiqamətində UNESCO ilə olan əməkdaşlığı bundan sonra da səmərəli şəkildə davam etdirəcəkdir.

Müvəkkil fəaliyyətə başladığı ilk günlərdən BMT-nin İctimai İnfomasiya Departamenti (BMT İİD) ilə sıx əlaqələr qurmuş və çoxsaylı tədbirlər keçirmişdir. 2010-cu ildə İsveçrənin ölkəmizdəki səfirliyi ilə birgə 21 Sentyabr Beynəlxalq Sülh Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Muzey Mərkəzində "1000 dünya qadını sülh uğrunda" adlı sərginin açılışı olmuşdur. Ombudsmanın İsveçrənin ölkəmizdəki səfirliyi, BMT-nin İctimai İnformasiya Departamenti, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilmiş, dövlət orqanları və beynəlxalq qurumların, QHT və KİV nümayəndələrinin qatıldığı sərgidə adıçəkilən layihənin nominantları olan, sülhün müdafiəsinə xidmət edən 1000 qadının fotoşəkilləri və fəaliyyəti barədə materiallar toplanmışdır. Sərginin ekspozisiyasında bu layihənin nominantı olmuş Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın çoxşaxəli fəaliyyəti öz əksini tapmışdır. Sərgini açmaqda məqsəd ictimaiyyəti nominant qadınların birləşdiyi "Yer kürəsinin 1000 sülhpərvər qadını" adlı şəbəkə - çərçivədə sülh mədəniyyətinin yaradılması sahəsində aparılan qlobal fəaliyyətlə tanış etməkdən ibarətdir.

Muzey Mərkəzində "Sülh, sənin, mənim, hamımız üçün" mövzusunda keçirilmiş seminar silsilə tədbirlərin məntiqi yekunu kimi səslənmişdir.

Müvəkkil BMT-nin İctimai İnformasiya Departamentinin (BMT İİD) Azərbaycandakı nümayəndəliyi ilə birgə 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar hamı üçün!" ınövzusunda jurnalist yazılarının, habelə, "Mənim hüquqlarım" mövzusunda uşaq rəsmlərinin müsabiqəsini keçirmişdir.

Tədbiri açan Ombudsman əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmişdir. O, qeyd etmişdir ki, bu hüquqlar insanın varlığının və ümumən inkişafın mühüm şərtlərindəndir. O, müstəqilliyinə qovuşmuş və demokratik yolla irəliləyən respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, təmin edilməsi istiqamətində görülən işlər, Ombudsmanın bu sahədə fəaliyyəti barədə məlumat vermişdir.

Əməkdaşlıq çərçivəsində 2009-cu ildə Müvəkkil və BMT İctimai İnformasiya Departamentinin (BMT İİD) Azərbaycan nümayəndəliyi "Atatürk" Mərkəzində Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr edilmiş birgə dəyirmi masa keçirmişlər. Müvəkkil bu konvensiyanın uşaq hüquqları sahəsində qəbul edilmiş digər sənədlərlə müqayisədə ən dolğun sənəd olduğunu vurğulamışdır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər