Mən bu məruzədə Sizinlə İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi və məhkəmədə işin ədalətli dinlənilməsinin müxtəlif təminatları barədə söhbət edəcəyəm. Şübhəsiz ki, bu təminatlar Konvensiyanın əsasını təşkil edir. Bu zərurət statistik təcrübə ilə təsdiq olunur və göstərir ki, 6-cı Maddə Strasburq Məhkəməsində çox tez-tez tətbiq edilir. Mənim çıxışımda bu təminatlardan yalnız bir qisminə, daha dəqiq desəm, məhz müstəqil və qərəzsiz məhkəmə hüququna, ağlabatan müddət ərzində mühakimə üsulu hüququna, məhkəmədə tərəflərin bərabərliyinə, dəlillərdən istifadəyə, müdafiə hüququna, təqsirsizlik prezumpsiyasına toxunula bilər.
Konvensiyanın özü 6-cı Maddədə bu məsələyə o qədər də çox diqqət yetirmir və bu, həmin təminatları canlandıran Strasburq Məhkəməsinin (yeri gəlmişkən, həm də milli hökumətlərin) 6-cı Maddəyə şərhidir.
İnsan Hüquqları Avropa Məhkəməsinin baş vəkili, Sürix Universitetinin professoru Mark Villicer yazır: "Söhbətə başlamazdan əvvəl, qısaca da olsa, İnsan Hüquqları Avropa Konvensiyasının 6-cı Maddəsinin tətbiqinə toxunmaq istərdim. 6-cı Maddədəki hüquqlar mühakimə üsulunun hansı növünə tətbiq edilir? Əvvəla, onun tətbiq sahəsi kifayət qədər aydındır: bu qayda mülki və cinayət işlərinə ədalətlə baxılması hüququnu təmin edir. Lakin dərhal belə bir sual ortaya çıxır ki, görəsən, bu maddənin təsir dairəsinə inzibati mühakimə üsulları düşürmü? Hər şey həmin işin kriminal səciyyə daşıyıb-daşımamasından asılıdır.
Mülki baxımdan, məsələn, belə sual doğa bilər: görəsən, buraya vergi ilə bağlı mühakimə üsulları daxildirmi? Cavab belədir: yox! Əlbəttə, Konvensiyanın 6-cı Maddəsinin ayrı-ayrı işlərə baxılarkən, tətbiq edilməsi faktı bu Maddənin müddəalarının pozulması demək deyil.
Müsaidənizlə mən, nümunə kimi, son dərəcə incə bir məhkəmə işini xatırladardım. Həmin iş məhkəmənin sonsuz sayda qərarlar çıxarmasına səbəb olmuşdu. Daha dəqiq deyilərsə, Konvensiyanın 6-cı Maddəsinin tətbiqi dövlət qulluqçularının məhkəməyə cəlb edilməsinə səbəb olmuşdu. Prinsipcə, Konvensiya, məhkəmənin müqaviləni təhqiq etdiyi bütün hallarda tətbiq olunur. Lakin müəyyən ölkənin dövlət xidməti müqavilələr əsasında təşkil olunmayıb və əksər hallarda əmək müqaviləsindən istifadə edir. Fransada (Peleqrin V.) məhkəmə qərar çıxardığı andan, məlum olub ki, dövlət qulluqçuları ilə onların hökumətləri arasında dövlət suverenliyi məsələlərinə dair münasibətlər Konvensiyasının 6-cı Maddəsinin təsir dairəsinə düşmür. Hərçənd, digər münasibətlər 6-cı Maddənin təsir dairəsində ola bilər. Beləliklə, ordu zabiti ilə onun rəisləri arasında hərbi məsələlərə dair mübahisələr Konvensiyasının 6-cı Maddəsinə aid deyil, halbuki ordu zabitinin müddətdən artıq xidmət dövrü, yaxud məzuniyyətinin haqqının ödənilməsinə dair məsələlərin müzakirəsi, onun işə ədalətlə baxılma hüququnu təmin edəcəkdir".
Əvvəla, Konvensiyanın 6-cı Maddəsi qanunla təsbit olunan müstəqil və qərəzsiz məhkəməni təmin edir. Məhkəmənin müstəqilliyi dedikdə, onun digər dövlət idarələrindən, xüsusilə də, hökumətdən və tərəflərdən qeyri-asılılığı nəzərdə tutulur. Məhkəmə hakimlərdən ibarət olmalıdır, xidmət müddəti müəyyənləşdirilməli və ona məhdudiyyətlər qoyulmamalıdır.
Müəllifin fikrincə, məhkəmənin qərəzsizliyi, işə baxılarkən tutduğu mövqe, xüsusilə, onun tərəflərə münasibətdə bitərəfliyi və obyektivliyilə əlaqədardır. Biz qərəzsizliyin subyektiv və obyektiv cəhətlərini fərqləndirə bilərik. Subyektiv cəhət hakimin tərəflərdən birinə olan şəxsi hisslərinə aiddir. Bu baxımdan, əgər əks-tərəfin sübutu yoxdursa, məhkəmənin qərəzsiz olduğu güman edilir. Obyektiv cəhət hakimin hərəkətlərində tərəflərə və ümumilikdə, ictimaiyyətə münasibətdə qərəzsizliyin ifadə olunmasını tələb edir. Belə ki, məhkəmənin məşhur "Ədalət nəinki zəfər çalmalı, həm də görünməlidir" ifadəsi nahaq deyilməyib. Xüsusilə, belə bir təəssürat oyanmamalıdır ki, hakim işə dair dinləmələr və ya məhkəmə araşdırmalarına başlamazdan əvvəl hər hansı şəxs və ya iş barədə fikir formalaşdırıb.
Bu cür qərəzli fikir Strasburq Məhkəməsinin cinayət işlərində presedent hüququna müvafiq şəkildə yarana bilər. Məsələn, əgər eyni bir işdə hər hansı şəxs əvvəlcə müstəntiq, yaxud prokuror, sonra isə məhkəmə təhqiqatı ilə məşğul olan hakim kimi fəaliyyət göstərərsə, qərəzli rəy yaranır. Mülki işlərdə inzibati hakim, əgər əvvəlki məhkəmə proseslərində əks-tərəfin nümayəndəsi kimi çıxış etmiş hökumət idarəsinin üzvüdürsə, obyektiv qərəzlilik halları müşahidə olunur. Bununla belə, heç də hakimin qərəzsizliyini hər ibtidai istintaq şübhə altına ala bilməz.
Strasburq Məhkəməsi müstəqil və qərəzsiz məhkəmə hüququnu məhkəməyə daxil olmaq hüququ kimi izah edir. Bütün mülki və kriminal tərkibli işlərdə şəxs işin həllini məhkəməyə tapşıra bilər. Əlbəttə, bu, həmin təminatla yalnız o halda uyğunlaşa bilər ki, məhkəmə işin təhqiqatı üçün lazımi şərtlər olduğu qənaətinə gəlsin. İki misalı diqqətinizə çatdırmaq istərdim. Əgər məhkəmə hər hansı şəxsdən öz qanuni ərizələrini müəyyən formal şəraitə müvafiq şəkildə təqdim olunmasını tələb edirsə, bu, deyək ki, hüquq nümayəndəsinin muzdla tutulmasını nəzərə aldıqda belə, Konvensiyanın 6-cı Maddəsinə zidd deyil. Lakin əgər hakimin təqdimatı mühümdürsə, hətta əgər marağı olan şəxsin vəkilin xidmətlərini ödəməyə vəsaiti olmadıqda belə, bu, 6-cı Maddəyə və məhkəməyə daxil olmaq hüququna ziddir. Bu cəhətdən Strasburq Məhkəməsinin diqqətlə tədqiq etdiyi digər vəziyyət - məhkəmə xərcləri üçün zorla avans verilməsidir. Əgər məhkəmə, proses başlanmazdan əvvəl, şəxsdən xərclərin ödənilməsini xahiş edirsə, o zaman məhkəmə maraqlı şəxsin bu xərcləri ödəmək üçün vəsaiti olub-olmamasına yəqinlik hasil etməlidir.
M.Villicer yazır: "Daha sonra 6-cı Maddə ağlabatan müddət ərzində məhkəmə prosesi hüququnu təmin edir. Strasburq Məhkəməsinə əsasən, İtaliyaya, daha az dərəcədə isə, Fransa və Portuqaliyaya qarşı bu cür şikayətlər qaldırmış minlərlə ərizə daxil olmuşdur. Aydındır ki, bu mühüm təminatdır, çünki təqsiri sübut olunana qədər təqsirsiz sayılan şəxs təqsirli olub-olmamasını bilməkdən ötrü qeyri-müəyyən müddətdə gözləməməlidir. Mülki işlərdə dolanmaq üçün vəsait məhkəmə araşdırmalarının nəticəsindən asılı ola bilər.
Bu təminatın bir xoşagəlməz məqamı var - məhkəmə işləri müxtəlif olduğundan, onların davamiyyət müddəti əvvəlcədən müəyyənləşdirilə bilməz. Qonşuların mübahisəsi kimi mülki işlər, ən çoxu bir-iki ay çəkə bilər, kriminal məhkəmə prosesləri isə əksər ölkələrdə dəlillərdən və şahidlərdən istifadə olunması ilə iki ilədək uzana bilər. Hər bir ayrıca işin faktları araşdırılmalı olduğuna görə, bunlar - Strasburq Məhkəməsi üçün vaxt tələb edən işlərdir.
Kifayət qədər uzun müddət davam edib-etməməsindən asılı olmayaraq, işi öyrənən Strasburq Məhkəməsi prosesin üç cəhətini nəzərdən keçirir: 1) işin mürəkkəbliyi: məlumdur ki, iş çətin olduqca, məhkəmə prosesi də bir o qədər uzun çəkəcək; 2) iddiaçı məhkəmə prosesinin davamiyyətinə təsir edibmi? Əgər təsir edibsə, onda, təbii ki, məhkəmə prosesinin uzanmasına görə müəyyən dərəcədə məsuliyyət daşıyır; 3) hakimiyyət orqanları məhkəmə prosesinə kifayət dərəcədə nəzarət ediblərmi? Əgər hökumət orqanları işi təhqiq etməklə məşğuldursa, bu, məhkəmə prosesinin daha da uzanmasına bəraət qazandıra bilər. Digər tərəfdən, boş bir məsələyə - məsələn, hakimin xəstəliyinə görə vaxtın uzadılması Konvensiyanın 6-cı Maddəsinə ziddir.
Bununla əlaqədar, yaranan digər xoşagəlməz vəziyyət isə budur ki, Strasburq Məhkəməsinin özü o dərəcədə yüklənib ki, onun apardığı proseslər ağlabatan müddət çərçivəsinə sığmır. Əgər ayrıca götürülən bir dövlətin məhkəməsi həddindən artıq uzun çəkirsə və bu zaman məhkəmə 6-cı Maddənin pozulduğunu üzə çıxarırsa, onda Avropa Şurası həmin dövləti, məsələn, ştatların sayını artırmaqla daxili məhkəmələrin infrastrukturunu yaxşılaşdırmağa inandıra bilər. Strasburq Məhkəməsinin özünün belə bir kadrları yoxdur.
Bütövlükdə, daxili cinayət, yaxud mülki məhkəmə proseslərinin həddindən artıq uzun çəkməsi Konvensiyanın bir sıra iştirakçı dövlətləri, xüsusən də, İtaliya üçün ciddi problemə çevrilib. Bununla əlaqədar, məhkəmə prosesinin 10, 15, 20, 25, 30 və daha çox illər ərzində davam etdiyi yerlərdə minlərlə ərizə tökülüb qalıb və bunlar indiyədək öz həllini gözləməkdədir. Strasburqda, əsasən, məhkəmə prosesinin uzanması ucbatından, insan hüquqlarının Konvensiyanın 6-cı Maddəsinin pozulması ilə nəticələnən yüzlərlə məhkəmə qərarı elan olunub. Həqiqətən də, İtaliyada bu cür şikayətlərə baxan daxili məhkəmələrin olmadığı vaxtdan bəri (buna görə də birinci instansiyaya, bilavasitə Strasburqa şikayət etmək lazım gəlir) televiziya şirkətləri şikayətləri, bilavasitə Strasburqa təqdim etmək niyyətlərini dəstəkləməyə üstünlük verirlər, belə ki, həmin işdə qalib gəldikləri təqdirdə, hətta pul da qazana bilirlər. Problemin çətinliyi ondadır ki, bizim eşitdiyimiz kimi, həddindən artıq uzun sürən məhkəmə prosesi anlayışı xeyli nisbidir. İtaliyada həmin problem ölkənin, əslində, bütün məhkəmələrinin istənilən səviyyələrinə aiddir və bütöv qanunvericilik sisteminin islahatı isə, əlbəttə ki, nəinki bir, heç on il ərzində də həyata keçirilməsi mümkün olmayan bir vəzifədir".
Ədalətli məhkəmə təminatına ən yaxşı nümunə - tərəflərin bərabərliyidir. Bu hüquq, şəxsin bərabər müdafiəsi, işin şifahi və ya kütləvi dinlənilməsi kimi digər hüquqlarla dəstəklənir.
Mülki işlərdə iddiaçı və müdafiəçi bərabər səviyyədə olmalıdır. Kriminal işlərdə bir tərəfdən prokurorla müttəhim, digər tərəfdən müttəhim və onun hüquqi təmsilçisi arasında bərabərliyə riayət edilməlidir.
Mülki işlərdə Strasburqun məlum hüquq aktı azacıq qeyri-bərabərliyə gətirib çıxarmışdı. Məsələn, məhkəmənin sənədlərilə tanış olmağa tərəflərdən yalnız birinə icazə verilir, digərinə isə verilmirdi, yaxud yalnız tərəflərdən birinə andlı şahidə malik olmağa icazə verilirdi. Strasburq Məhkəməsi kriminal islərdə daha bir bəndi - prokurorun rolunu qeydə alıb.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru