Avropa Şurası çərçivəsində yaradılmış və fəaliyyət göstərən insan hüquqlarının müdafiəsinin regional sisteminin əsasını "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası" təşkil edir. Avropa Konvensiyası Avropa Şurasının Nazirlər Komitəsinin 15 üzvü tərəfindən 4 noyabr 1950-ci ildə imzalanmış və 3 sentyabr 1953-cü ildə Konvensiyanın 66-cı maddəsinə müvafıq olaraq, 10-cu dövlət tərəfındən ratifıkasiya və qeydiyyat etimadnamələri Avropa Şurasının Baş katibinə təqdim olunduqdan sonra qüvvəyə minmişdir.
Konvensiyanın dərk edilməsinin açarı onun Avropa Komissiyası və Avropa Məhkəməsinin yaratdığı presedent hüququdur. Həmin presedent hüququnun rolu konvensiyalara təfsir verməkdən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Beynəlxalq hüquq məsələləri şöbəsinin müdiri Vəfaddin İbayev yazır: "Avropa Konvensiyasını ratifıkasiya etdikdən sonra 24-cü maddəyə müvafiq olaraq dövlətlər İnsan Hüquqlarının Avropa Komissiyasının dövlətlərarası şikayətlərə baxmaq səlahiyyətini tanıyırlar. Həmin maddəyə əsasən, "Razılaşmış Yüksək Tərəflərin hər biri Avropa Şurasının Baş Katibi vasitəsilə Komissiyaya Konvensiyanın müddəalarının digər razılığa gəlmiş Yüksək Tərəfın pozmasını güman etdiyi haqqında şikayət verə bilər".
Avropa Konvensiyasına müvafiq olaraq, iştirakçı-dövlət digər iştirakçı-dövlətin Konvensiya iştirakçısı olmayan dövlətlərin vətəndaşlarına münasibətdə, hətta cavabdeh dövlətin öz vətəndaşlarına münasibətdə Konvensiya müddəalarını pozduqda belə şikayət vermək hüququna malik olur.
Fərdi şikayət verilməsi Konvensiyanın 25-ci maddəsində nəzərdə tutulmuş və dövlətlərarası şikayətdən fərqli olaraq, fakultativ xarakter daşıyır. Yəni dövlət ancaq 25-ci maddədə nəzərdə tutulmuş fərdi şikayət vermək hüququnu ayrıca tanıdıqdan sonra bu maddə üzrə öhdəliyi öz üzərinə götürmüş olur.
Fərd ancaq hakimiyyətin məsuliyyət daşıdığı güman edilən pozuntulara görə şikayət etmək hüququna malikdir. Ayrı-ayrı şəxslərin fəaliyyəti ilə əlaqədar Avropa Məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmayıbdır. 25-ci maddənin müddəaları "hüquqi şəxslərin" Komissiyaya şikayət verməsinə heç bir maneə yaratmır. Eyni zamanda, qeyri-hökumət təşkilatları da Komissiyaya şikayət verə bilər".
Dövlətlərarası və fərdi müraciət 26-cı maddə ilə müəyyən edilmiş şərtlərə uyğun olmalıdır. 26-cı maddəyə əsasən, Komissiya yalnız bütün daxili müdafiə vasitələri tükəndikdən və milli məhkəmə tərəfindən sonuncu qəti qərar çıxarıldıqdan sonra altı ay ərzində fərdi şikayətləri icraatına qəbul edə bilər.
Beynəlxalq məhkəmə orqanlarına müraciət etməzdən əvvəl, daxili mühafızə vasitələrinin tükənməsi qaydası, beynəlxalq hüququn ümumi prinsipidir. Bu prinsipin mahiyyəti dövlətlərə beynəlxalq öhdəliklərlə əlaqədar baş vermiş pozuntuların daxili hüquq vasitəsi ilə aradan qaldırılması üçün imkan verilməsində öz ifadəsini tapır. Avropa Konvensiyasının nəzarət mexanizmi daxili hakimiyyət orqanları pozulmuş hüququ bərpa edə bilmədikdə, fəaliyyətə başlayır.
Avropa Konvensiyası nəzarət mexanizminin fəaliyyətə gətirilməsi üçün daxili imkanların tükənməsi tələbi bu mexanizmin milli məhkəmə orqanları sistemini əvəz etməməsində və ya bu sistem üçün "dördüncü instansiya" hesab olunmasında deyildir. Konvensiya iştirakçısı olan ölkələrdə insan hüquqlarının mühafızəsi qayğısına milli dövlətlər özləri qalmalıdır. Konvensiyarın nəzarət mexanizmləri pozulmuş hüquqların bərpasından (baxmayaraq ki, bu da çox vacibdir) daha çox, pozuntunun təkrar olunmasının qarşısını almaq üçün ehtiyat-əlavə mexanizm kimi fəaliyyət göstərir. Avropa Məhkəməsində işi uduzan dövlət inanır ki, eyni xarakterli başqa işlər üzrə də bu cür qərarlar çıxarıla bilər. Qeyd etmək lazımdır ki, başqa dövlətlərin işi də hər hansı iştirakçı dövlət üçün nümunə ola bilər.
Müəllifin fikrincə, Azərbaycan Respublikası Konvensiyaya qoşulmaqla onun həyatakeçmə prosedurunu və onun bazasında yaranmış presedent hüququnu qəbul etməlidir. Çalışmaq lazımdır ki, onlar maksimum səmərəli olsun. Bu, Avropa vahid hüquq məkanına inteqrasiya, hüquqi islahatların davam etdirilməsi, onlardan geri çəkilməməsinə təminat və şəxsiyyətin hüquqlarının mühafizəsinin yüksəldilməsi üçün zəruridir. Göstərilən məsələlərə nail olunmasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mühüm rol oynayır və insan hüquqlarının müdafiəsinin daxili mexanizmi kimi bu işin öhdəsindən müvəffəqiyyətlə gəlir. Bu sahədə Konstitusiya Məhkəməsinin gördüyü işlər üzərində aşağıda dayanacağıq.
Məhkəmə Uinterverpin Niderlanda qarşı işində (24.10.79) ruhi xəstə anlayışının Hollandiya hüququ əsasında aşağıdakı kimi şərhinə razılaşmışdır: "ruhi xəstə" termini ən azı üç şərtin mövcudluğunu nəzərdə tutur:
1) şikayətçi "həqiqətən", kəmağıl hesab olunmalıdır (bunun üçün obyektiv tibbi rəy tələb olunur);
2) ruhi pozğunluğun dərəcəsi və xarakteri elə olmalıdır ki, azadlıqdan məhrumetməyə bəraət qazandırsın;
3) fasiləsiz təcrid ruhi pozuntu mövcud olduğu vaxtı əhatə etməlidir (bax:Uinterverpin Niderlanda qarşı işi üzrə 24 oktyabr 1979-cu il Məhkəmə qərarı. Series A, No.33, p. 16-18, para. 36-40);
e) şəxsin ölkəyə qeyri-qanuni gəlişinin qarşısını almaq məqsədilə qanuni həbs olunması və ya tutulub saxlanması, yaxud əleyhinə sürgünetmə və ya vermə tədbirləri tətbiq edilən şəxsin qanuni həbı olunması və ya tutulub saxlanması.
Azərbaycan Respublikası qanunvericiliyində azadlıqdan məhrumetmənin göstərilən 6 əsasından başqa, daha 3 ona bərabər tutula bilən əsası müəyyən edilmişdir:
1) CPM-in 172-ci maddəsinə əsasən şahidin, 180-cı maddəyə əsasən zərər çəkmişin, 154-cü maddəyə əsasən müqəssirin məcburi gətirilməsi. CPM-in müvafıq maddələrinə əsasən şahid, zərər çəkmiş və müqəssir müstəntiqin çağırışı ilə gəlməkdən boyun qaçırdıqda, müstəntiqin tapşırığı ilə polis tərəfındən gətirilir.
2) CPM-in 193-cü maddəsinə əsasən, götürmə və axtarış qurtarana qədər axtarılan binaya gələn və ya orada olan şəxslərin həmin binanı tərk etmələrini və hər hansı şəxslə yazılı şəkildə, telefon ilə və ya sair üsulla əlaqəyə girməsini qadağan etməkdə müstəntiq haqlıdır. Belə qadağanetmə pozularkən, müstəntiq öz tələblərini polis işçilərinin köməyi ilə məcburi qaydada yerinə yetirilməsini təmin etməyə haqlıdır.
3) CPM-in 188-ci maddəsinə əsasən, şübhəli şəxs və ya müqəssirin xəstəliyi və ya anlaqlılığı haqqında məsələnin həll edilməsi üçün onlar müvafıq tibbi müəssisəyə yerləşdirilir.
5-ci maddənin 2-5-ci bəndlərində azadlıqdan məhrumetmə hallarında prosessual təminatlar nəzərdə tutulmuşdur.
5-ci maddənin 2-ci bəndinə əsasən, həbs olunmuş hər bir şəxsə ona anlaşıqlı olan dildə həbsinin səbəbləri və elan edilmiş hər cür ittiham barədə dərhal məlumat verilir. Avropa Məhkəməsinin Vander Merin işi üzrə 21 fevral 1990-cı il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, şikayətçinin psixatrik xəstəxanada yerləşdirilməsi haqqında ona məlumat verilməməsi Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinin pozulmasına bərabər tutulur.
Azərbaycan Respublikası CPM-in 167-ci maddəsinə əsasən, müqəssir sifətində cəlb etməzdən əvvəl, həbsəalma zamanı tutulan dəqiq bilmir ki, hansı məsələyə görə tutulub və müvafiq olaraq şəxs müdafiə olunmaq hüququnu itirir. U.İbayev yazır: "5-ci maddənin 3-cü bəndinə əsasən, həbs olunan hər bir şəxs bu maddənin l-ci (ç) bəndinin müddəalarına uyğun olaraq, dərhal məhkəməyə və ya qanunla məhkəmə funksiyalarını həyata keçirmək səlahiyyətinə və lazımi müddət ərzində məhkəmə araşdırması, yaxud məhkəməyədək azad etmək hüququna malik olan digər vəzifəli şəxsin yanına gətirilir. Azadetmə məhkəməyə gəlmə təminatının verilməsindən asılı olaraq, meydana çıxa bilər.
Respublikamızda qüvvədə olan qanunvericiliyə əsasən, şübhə edilən şəxsin tutulması (CPM-in 119-cu maddəsi), müqəssir sifətində cəlb edilməzdən əvvəl həbsəalma (CPM-in 167-ci maddəsi) və həbsəalma zamanı şəxsin məhkəməyə və ya məhkəmə funksiyasını yerinə yetirən şəxsin yanına gətirilməsi nəzərdə tutulmayıbdır.
CPM-in 122-ci maddəsinə əsasən, cinayət törətdiyi şübhə edilən şəxsin tutulduğu hər bir hal barəsində təhqiqat orqanı 24 saat ərzində prokurora yazılı məlumat verməlidir.
Şəxsin tutulması haqqında məlumat aldığı vaxtdan etibarən 48 saat ərzində prokuror tutulanın həbsə alınması haqqında sanksiya verməli və ya onu azad etməlidir.
CPM-in 167-ci maddəsinə əsasən, dövləti cinayətlər və sair ən ağır cinayətlər haqqındakı cinayət işləri üzrə müstəsna hallarda müstəntiq cinayəti etməkdə şübhə edilən şəxs haqqında müqəssir sifətində cəlb olunmasına qədər də qəti imkan tədbiri sifətində həbsə almağı seçməkdə haqlıdır. Düzdür, belə hallarda da müvafiq prokurorun sanksiyası tələb olunur".
CPM-in 89-cu maddəsinə əsasən, qəti imkan tədbiri olaraq, həbsə almaya yalnız məhkəmənin qərardadı və ya prokurorun sanksiyası ilə yol verilir. Həbs etmək üçün sanksiya məsələsini həll edərkən, prokuror həbsə almaq üçün əsas verən bütün materiallarla diqqətlə tanış olmalı və şübhə edilən şəxsi və ya müttəhimi lazım gəldikdə, həddi-büluğa çatmayan şübhə edilən şəxsi və ya müttəhimi isə bütün hallarda dindirməlidir. Göründüyü kimi, 119-cu maddəyə əsasən, şübhəli şəxs kimi tutma zamanı nəinki məhkəmə, heç prokuror da tutulan şəxsi qəbul edib dindirməyə borclu deyildir. Həbs üçün sanksiya verdikdə isə prokuror yalnız həddi-bulluğa çatmayan şəxsləri dindirməli, qalan hallarda isə, öz istəyindən asılı olaraq, onları dindirməyə bilər. Əlbəttə ki, göstərilən prosedur Konvensiyanın tələbləri ilə uyğun deyildir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru