MİA

  • 3 440

Vyaçeslav Fetisov: Leyla Əliyeva BMT-nin iqlim konfransında qlobal ekoloji problemləri qaldıracaq – MÜSAHİBƏ

image

BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri: “Yerdəki həyatın yarısı artıq məhv olub”

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov bu yaxınlarda ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında niyyət sazişi imzalayıblar. Görüş Moskvada baş tutub. Bu hadisəni Moskva-Bakı portalına şərh edən Vyaçeslav Fetisov tərəflərin görüşü zamanı daha nələri müzakirə etdiklərini söylədi. Müsahibəni oxucularımıza təqdim edirik.
- İmzalanmış müqavilə çərçivəsində Rusiya ilə Azərbaycanın hansı birgə işi nəzərdə tutulur?
- Ötən gün Heydər Əliyev Fondunun vitse -prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə görüşüm oldu. Vacib bir müqavilə imzaladıq və Yer planetinin gələcəyi ilə bağlı əhəmiyyətli məqamları müzakirə etdik. Bunlar böyük sözlər deyil, vəziyyətin həqiqətən diqqətə ehtiyacı var. İndi dünya siyasətində baş verən hər şey, birdən çox nəslin topladığını ortadan qaldırmaq üçün birgə hərəkətlər etmək səylərinə qoşulmağa yönəlir. Məsələn, planetin biomüxtəlifliyini götürək- Yerdəki həyatın yarısı artıq məhv olub.Azərbaycanla ümumi təbii sərvətlərimiz və ortaq dənizimiz var. Və burada ilk növbədə gənclərlə uşaqların maariflənməsi üçün tərbiyə işləri və birgə hərəkətlərlə məşğul olacağıq. Onları ətraf aləmə ekoloji münasibət sahəsində öyrədəcəyik. Leyla Əliyeva, bütün bu böyük qərarların verilməsindən xeyli əvvəl, Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması, ətraf mühit problemlərinin əhəmiyyətini insanlara çatdırmaq üçün çox iş görən bir fond yaratdı.Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən müqaviləni imzaladım. Bir vaxtlar bu təşkilat 1924-cü ildə qurulan ümumittifaq əhəmiyyətli idi. Düşünürəm ki, Azərbaycanın bir çox Sovet sakinləri bu cəmiyyətdə fəal iştirak etmişlər. Buna görə də, Azərbaycanın çoxdan yaradılmış təşkilatla birgə iş haqqında qarşılıqlı müqavilə imzalaması olduqca simvolikdir. Təşkilatımız bütün dünya məkanlarında bu gün əsas mövzu olan mövzulara yönəlib. Ümid edirəm ki, Rusiya ilə Azərbaycanın birgə hərəkətləri olacaq və biz bir-birimizi dəstəkləyəcəyik.Tezliklə Qlazqoda ölkələrin 1-ci şəxslərinin iştirakı ilə BMT-nin iqlim konfransı keçiriləcək. Dəyirmi masada yol xəritəsi, yəni dünyanın karbon neytrallığı baxımından hara gedəcəyi müzakirə olunacaq. Planlar 2050-ci ilə nəzərdə tutulur. Bu dəyirmi masada Leyla Əliyeva çıxış edəcək və gündəmimizi təbliğ edəcəyik. Ekologiya və təbiətin qorunması ilə bağlı hər şeyi müzakirə edəcəyik. Ümid edirəm ki, bu, heç bir siyasi fərq nəzərə alınmadan hamı üçün başa düşülən oyun qaydalarının qəbul ediləcəyi taleyüklü bir hadisə olacaq.
- Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanı keçmiş Sovet İttifaqının aparıcı ölkələrindən biri adlandıra bilərsinizmi?
- Tam bir qiymətləndirmə vermək üçün hər şeyə dalmaq və öyrənmək lazımdır. Amma deyə bilərəm ki, Azərbaycanda bu istiqamətdə görülən işlərin yaxşı nəticələri var. Məsələn, 2019-cu ildə Leyla Əliyeva ilə mən Xəzər dənizinə körpə nərə balıqları buraxdıq. Və bu təşkilat Azərbaycanda bir səbəblə yaradıldı. Xüsusi fəaliyyətlərin konkret planlaşdırılması bu istiqamətdə gedir. Bu gün Azərbaycanda ekoloji turizmin inkişafı çox vacibdir. Ekologiya hamımız üçün ən vacib sahədir. Ümid edirəm ki, birgə səylərlə bir çox ekoloji problemləri həll edə biləcəyik. Məsələn, Xəzərin ekologiyası təkcə Xəzəryanı ölkələrin deyil, bütün planetin problemidir. Burada çox şey cəmləşib və hər kəs bu mövzu ilə birlikdə məşğul olmalıdır. 2019-cu ildə Azərbaycana səfərimdən sonra təəssüf ki, hələ Bakıya getməmişəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu səfərimi edə biləcəyəm.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər