MİA

  • 34 264

“Xüsusilə tənqidi mövzular televiziya kanallarında çoxalmalıdır” - EKSPERT AÇIQLADI

image

“Şərti olaraq reket adlandırdığımız medianın yeni teknologiyaların imkanlarından geniş istifadə etməsinin qarşısını almaq praktik cəhətdən mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, bu mümkün deyil, bu sahə sərbəstdir: “Yəni istənilən şəxs istənilən məqsədlərlə həmin texnologiyalardan istifadə edə bilər. Bu baxımdan Azərbaycandakı vəziyyət də istisna deyil, burada da sətbəstlikdir. Ona görə də reket dediklərimiz burdan da sui istifadə edirlər.
Bununla bağlı ciddi tədbirlərin görüldüyünü müşahidə etməmişik. Amma çıxış yolları ilə bağlı illərlə dediyim fikri yenidən təkrarlamaq istəyirəm. Xüsusilə də televiziyada alternativ fikirlərə daha geniş yer verilməsi vəziyyətdən çıxış yollarından biridir. Ona görə ki, harda tənqidə yer verilirsə tamaşaçı da, istifadəçi də oraya üz tutur. Bu reketlər də həmin o boşluğu doldurmaq üçün daha çox tənqid üzərində işlərini qururlar və bununla da tamaşaçı toplayırlar. O tamaşaçı toplanılmasa onların fəaliyyət göstərməsi mümkün deyil. Boşuna fəaliyyət göstərəcəklər və nəticə əldə etmədikləri üçün bundan əl çəkəcəklər. Ona görə də xüsusilə tənqidi mövzular televiziya kanallarında çoxalmalıdır. Əlbəttə cəzalar, qadağalar da var, amma onlar o qədər də keçərli deyil. Birini cəzalandırırlar digərləri başlayır. Bu adamların sayı çox olduğu təqdirdə onları cəzalandırmaq da mümkün olmur. Hamısını operativ şəkildə aşkarlamaq mümkün olmur. Ona görə də tənqidlər televiziyada iftifadə edilməlidir. Belə olduğu təqdirdə reketlə məşğul olanlar da yaşav-yavaş azalacaqlar. Bir müddət sonra bunun mənasız bir fəaliyyət olduğunu anlayacaqlar”.

Digər xəbərlər