“Rusiya ilə Ermənistan arasında vəziyyət günü-gündən pisləşir. Biz bunu artıq son iki ildə görürük, müşahidə edirik”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, KMT-nin Ermənistanda keçirilən tədbirində Paşinyan qətnaməni imzalamaqdan imtina etdi :”Bu ilin yanvarında Ermənistan KTMT-nin hərbi təlimləri keçirilməli idi, buna da Paşinyan icazə vermədi. Eyni zamanda, KTMT-də olan nümayəndəsini geri çağırıb, onu Niderlanda NATO qüvvələrinə nümayəndə göndərdi. Bütün bunlardan sonra KTMT-nin üzv olaraq ABŞ hərbçiləri ilə Ermənistanda hərbi təlim keçirir. Artıq bu təlimlər başlayıb 11-dən 20-nə qədər davam edəcək. Bu isə Rusiyanın atıq səbir kasası daşırdı və Ermənistana yönəlik çox ciddi bəyanatlar səsləndirilir. Hətta KİV-lərdə belə informasiyalar yayıldı ki, “Vaqner”clərin böyük dəstəsi Ermənistana gəlib orada yerli rusyönümlü müxalifət qüvvələri ilə birləşərək Paşinyanı devirəcək. Bundan əlavə Ermənistanın Baş naziri Nikol Paşinyan öz çıxışlarında müharibədə uduzmasını da Rusiyanın üzərinə yıxdı. Bu gün də Azərbaycan- Ermənistan sərhədində yerləşən Rusiya sülhməramlılarının Ermənistana heç bir köməklik etmədiklərini bildirərək, artıq “Rusiya bizim təhlükəsizliyimizə qarant ola bilməyəcək”, - deyə yekun fikir bildirdi. Bu da doğurdan da Rusiya - Ermənistan münasibətlərini həddindən artıq gərginləşib. Artıq Rusiyanın aqressiyası hiss olunur. Yəni, onlar Ukraynada müharibə apardığı şəraitdə yenə də imperiya siyasətinindən əl çəkmirlər. Gürcüstanı və Ermənistanı işğal edəcəklərini açıq tekslə bəyan edirlər. Bu da gələcəkdə Rusiya -Ermənistan münasibətlərində hansı həddində olacağını daha aydın göstərir. Ona görə də, Ermənistan təhlükəsizlik qaranti üçün Avropaya üz tutur və Fransa bu sahədə canfəşanlıq edir”.
Elşad Həsənov onu da bildirib ki, ermənilər Amerikadan dəstək almağa çalışırlar: “Ancaq bir məsələnin xatırlatmaq lazımdır ki, Ermənistan Amerika üçün o qədər cəlbedici ricaq deyil. Burada Amerikanı cəlb edən heç nə yoxdur. Ermənistan da yaşayan ermənilərin həyatı onlar üçün o qədər maraqlı deyil. O cümlədən, məsafə də çox uzaqdır. Ermənistana da qoşun saxlayası deyillər. Təlimlər keçirməkdə məqsədləri Ermənistandan Rusiya qoşunlarının çıxarılmasına nail olmaqdır. Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdan çıxarılması məsələsini çoxdan qoyublar və bu baxımdan bu gün Paşinyana dəstək olurlar. Rusiya Ukrayna müharibəsində zəiflədiyinə görə, Cənubi Qafqazdan xüsusilə də, Ermənistandan hərbi bazasını çıxarar. Ancaq görünən odur ki, Rusiya indiki şəraitdə oradan qonşularını çıxarmaq istəmir və əksinə daha ağır aqressiv fikirlər səsləndirirlər. Ona görə də, Ermənistanda vəziyyət getdikcə daha da gərginləşəcək. Onu da qeyd edim ki bu da bizim xeyrimizə olan məsələlərdir. Daxildə biz Qarabağ məsələsini özümüz diplomatik yolla həll edəcəyik. Revanşist qüvvələr başa düşəcək ki, artıq onlara kömək edəcək qüvvələr yoxdur və ona görə də, təslim olmalıdırlar, ya da Azərbaycan ərazisini tərk etməlidirlər”.
Gülyanə