PDF Oxu

Siyasət

  • 981

Cahit Bağcı Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

image

Ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı yanvarın 22-də Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib. SİA xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə Türkiyənin Bolu vilayətinin Kartalkaya qəsəbəsində baş vermiş yanğınla bağlı qardaş ölkənin diplomatına başsağlığını ifadə edib.Əziz Ələkbərli iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfələrə və Qərbi Azərbaycan məsələsində göstərdiyi mənəvi dəstəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Cahit Bağcı Azərbaycanda səfir kimi fəaliyyətinin onda silinməz xatirələr buraxdığını qeyd edərək, insan hüquqları məsələsi olan Qərbi Azərbaycan mövzusuna Türkiyənin həmişə dəstək verəcəyini bildirib.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər