21 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Ağstafaçay HQİİ”, “Şıxəli Qurbanov 19” və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
dbiri giriş sözü ilə açan “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur. Belə ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşları Aytən Məmmədli və Əfqan Qasımov, “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatının fəal üzvü Bahar Yusifova geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, “28 May Müstəqillik Günü” şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” deyən Prezident cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik, qalib Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.