PDF Oxu

Siyasət

  • 515

“Heydər Əliyev-Dövlətçilik və Liderlik Məktəbi” - TƏDBİR

image

Goranboyda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev-Dövlətçilik və Liderlik Məktəbi” adlı konfrans keçirilib.

Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri Samir Qocayev, bir qrup ərazi partiya təşkilatı sədrləri, partiya veteranları və ziyalılar iştirak etdilər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Daha sonra Tədbir Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, videoçarx nümayiş olunub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və YAP rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, müdrik siyasəti, müasir Azərbaycan dövlətçiliyinin xilası və möhkəmlənməsi yolunda göstərdiyi tarixi xidmətlərindən geniş söhbət açdılar.

Daha sonra Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova, millət vəkilinin köməkçisi Gündüz Hacıyev, partiya veteranı Əzra Həşimova çıxış edərək bildirdilər ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Digər xəbərlər