Yeni Azərbaycan PartiyasıŞəmkir rayon təşkilatının və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəmkir şəhəri M.Fizuli adına məktəb-liseydə Ümummili Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” adlıtədbir keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov və partiya fəalları iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Digər çıxış edənlər ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev siyasətinin nəticəsi olduğu qeyd ediblər.