Kremlin sözçüsü Dmitri Peskov Ukrayna münaqişəsinin həlli üçün danışıqların birbaşa təmaslarla aparılmasını müsbət hal kimi qiymətləndirib: “İş davam edir və birbaşa təmaslarla başlaması yaxşıdır. Bunlar ekspert səviyyəsində başlayan çox mürəkkəb danışıqlardır”.
Rusiya prezidentinin mətbuat katibi həmçinin xatırladıb ki, danışıqları davam etdirmək üçün razılıq əldə edilib və bu istiqamətdə işlər davam etdiriləcək.
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin "yolunda" olduğunu açıqlayıb. O, həmçinin Ukrayna böhranını həll etmək istəyini vurğulayıb. Tramp həmçinin Əbu-Dabidəki danışıqlardan sonra Ukraynadakı hadisələri "çox yaxşı" adlandırıb.
Ağ Evdən bildirilib ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən danışıqların ilk günü ərazi mübahisələrinin və hər iki tərəf üçün potensial təhlükəsizlik zəmanətlərinin müzakirəsi səbəbindən ən çətin olub. Ağ Ev katibi Kerolin Livitt üçtərəfli görüşü tarixi hadisə adlandırıb.
İlham