Fransa Prezidenti Emmanuel Makron Parisin Rusiya lideri Vladimir Putinlə texniki səviyyədə təmaslara hazırlaşdığını açıqlayıb: “Hazırda hazırlıqlar gedir və bu məsələ ilə bağlı texniki danışıqlar aparılır”.
Onun sözlərinə görə, hazırda Avropa tərəfdaşları və Ukrayna prezidenti Vladimir Zelenski ilə də məsləhətləşmələr aparılır.
Makronun fikirlərindən fərqli olaraq Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti ilə fransız həmkarı arasında təmasların təşkili ilə bağlı heç bir konkretliyin olmadığını bildirib. Lakin o, Fransa tərəfinin Moskva ilə əlaqə kanalı yaratmaq ideyasını əsaslı adlandırıb.
Qeyd edək ki, Fransa xarici işlər naziri Jan-Noel Barro Aİ-ni Rusiya ilə birbaşa əlaqə kanallarını bərpa etməyə çağırmışdı. O qeyd etmişdi ki, avropalılar məsuliyyəti "başqasına" ötürməməlidirlər.
İlham