PDF Oxu

Siyasət

  • 640

İlham Əliyevin Türkmənbaşı görüşündə çıxışı: Azərbaycan və Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi - ŞƏRH

image

​​Bilirik ki, indi dünyada baş verənləri izləyəndə ölkələrin bir-biri ilə dostluq etməsi, iqtisadiyyatını birlikdə inkişaf etdirməsi və sülhü qoruması nə qədər vacibdir. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı bağlar mənim üçün həmişə maraqlı olub. Çünki aramızda təkcə rəsmi münasibətlər yokdur; bizi ortaq tarix, eyni mədəniyyət və bir-birimizə olan hörmət birə-bir bağlayır.2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində çox önəmli bir tədbir oldu — Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü. Prezident İlham Əliyev orada çıxış edərək ölkəmizin bu regionla bağlı planlarını və mövqeyini aydın şəkildə ortaya qoydu. Çıxışda əsasən iqtisadiyyat, nəqliyyat yolları, enerji, investisiyalar və humanitar sahədə əlaqələrin genişləndirilməsi vurğulandı.
​Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri
​Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatına tamhüquqlu üzv kimi qoşulması, məncə, münasibətlərdə tamamilə yeni bir səhifə açdı. Bu addım ölkəmizin regionla daha sıx və geniş imkanlar çərçivəsində işləməsinə şərait yaradır.
​Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bu formata qoşulmasına dəstək olan bütün dövlət başçılarına təşəkkür etdi. Bu qərar həqiqətən də regionda ortaq layihələr reallaşdırmaq üçün böyük şansdır.
​Burada coğrafiyamızın da rolunu unutmaq olmaz. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birbaşa əlaqədə olmağımız Azərbaycanı Şərqlə Qərb arasında əsl nəqliyyat və iqtisadiyyat körpüsünə çevirir.
​Azərbaycan-Türkmənistan münasibətləri
​Türkmənistanla dostluğumuz da çox köklüdür. Hər iki ölkənin Xəzərə çıxışının olması nəqliyyat, ticarət və enerji sahələrində birgə addımlar atmağa böyük imkan verir.Son zamanlar iki ölkə arasında qarşılıqlı səfərlərin və görüşlərin artması bu münasibətlərin nə qədər canlı olduğunu gösterir. Ölkə başçımız çıxışında Türkmənistanla əlaqələrin vacibliyini qeyd etdi və göstərilən samimi qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.İnsani və mədəni bağlar da çox təsirlidir. Məsələn, Türkmənistanın Füzulidə məscid tikməsi təşəbbüsü xalqlarımızın bir-birinə mənəvi baxımdan neçə yaxın olduğunu göstərir. Ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinin işğaldan azad olunmuş torpaqlarımızda məktəb, yaradıcılıq mərkəzi kimi layihələrə dəstək verməsi həqiqi dostluq nümunəsidir.
​İqtisadi əməkdaşlıq və investisiyalar
​Məşvərət görüşündə ən çox diqqət çəkən mövzulardan biri də iqtisadiyyat idi. Azərbaycanla Mərkəzi Asiya arasında ticarəti artırmaq, qarşılıqlı sərmayə qoymaq və birgə müəssisələr açmaq üçün böyük potensial var.Çıxışda səslənən rəqəmlər də bunu sübut edir: 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Azərbaycanda bu ölkələrin kapitalı ilə fəaliyyət göstərən şirkətlərin olması da işlərin yaxşı getdiyini göstərir.Amma məsələ təkcə məhsul alıb-satmaqla bitməməlidir. Birgə zavodlar, fabriklər açmaq, sənayeyə pul yatırmaq və müasir texnologiyaları gətirmək lazımdır. Bir gənc kimi düşünürəm ki, bu cür addımlar ilk növbədə yeni iş yerləri deməkdir və biz gənclərin məşğulluğu üçün böyük fürsətlər yaradır.
​Orta Dəhliz və nəqliyyat imkanları
​Nəqliyyat sahəsi Azərbaycanın bu regionla əməkdaşlığında B bəndidir desək, yanılmarıq. Coğrafi mövqeyimiz Asiya ilə Avropa arasında yüklərin rahat daşınmasına imkan verir.Bu yerdə Orta Dəhliz layihəsi ön plana çıxır. Çindən və Mərkəzi Asiyadan başlayan, Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya çatan bu marşrut beynəlxalq ticarət üçün çox əlverişlidir.Azərbaycanın limanlara, dəmir yollarına və magistral yollara qoyduğu sərmayə tranzit imkanlarımızı artırır. Orta Dəhliz daha da inkişaf etdikcə yüklər daha sürətlə daşınacaq, ticarət genişlənəcək və ölkəmizin dünyadakı nəqliyyat rolu daha da güclənəcək. Bunun üçün də sərhədlərdə keçidləri asanlaşdırmaq və limanların gücünü artırmaq vacibdir.
​Rəqəmsal əməkdaşlıq və müasir texnologiyalar
​İndiki dövrdə texnologiyasız heç nə olmur. Bu baxımdan "Rəqəmsal İpək Yolu" layihəsi Azərbaycanla Mərkəzi Asiya arasında internet və informasiya bağlarını bərkitmək üçün çox önəmlidir.Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi internetin daha sürətli olmasına və rəqəmsal sistemlərin inkişafına gətirib çıxaracaq. Bu da gələcəkdə e-ticarət, onlayn xidmətlər və IT sahəsində birgə işlər görmək üçün yeni qapılar açır. Rəqəmsal imkanların artması həm dövlət, həm də gənc sahibkarlar üçün böyük fürsətdir.
​Enerji sahəsində əməkdaşlıq
​Enerji mövzusu hər zaman gündəmdədir. Mərkəzi Asiyanın zəngin resursları və Azərbaycanın tranzit infrastrukturu bir-birini tamamlayır.Məsələn, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən dünya bazarlarına nəql edilməsi hər iki tərəf üçün faydalıdır. Bu, onların xaricə çıxışını asanlaşdırır, bizim isə tranzit rolumuzu artırır.Bununla yanaşı, indi ən çox danışılan "yaşıl enerji" sahəsi də var. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması gələcəkdə bərpaolunan enerjidən daha çox istifadə etməyə şərait yaradacaq. Bu layihələr həm iqtisadiyyat, həm də təbiəti qorumaq baxımından çox dəyərlidir.
​Regional təhlükəsizlik və sabitlik
​İqtisadiyyatın və layihələrin uğurlu olması üçün ilk növbədə sakitlik və sülh lazımdır. Prezident İlham Əliyev də öz çıxışında bu məsələyə xüsusi toxundu.Ölkələr arasında inam olduqda böyük investisiya və nəqliyyat layihələrini həyata keçirmək daha asan olur. Problemləri söhbət və dialoq yolu ilə həll etmək regionun inkişafına birbaşa təsir edir. Bu əməkdaşlıq təkcə pul qazanmaq üçün deyil, həm də regionumuzda sabitliyi qorumaq üçün lazımdır.
​Mədəni və humanitar əlaqələr
​Bizi birləşdirən ən böyük güc eyni kökdən gəlməyimizdir. Xalqlarımız arasındakı bu doğmalıq ölkələrin də yaxınlaşmasına kömək edir.Füzulidə Türkmənistanın tikdiyi məscid, Özbəkistanın hədiyyə etdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Manas adına məktəbi bu dostluğun ən gözəl sübutlarıdır.
​Bu cür layihələr gənclərin bir-birinin mədəniyyətini tanımasına, təhsil mübadiləsi aparmasına şərait yaradır. Bizim bir-birimizi daha yaxından tanımağımız gələcəkdə bu əlaqələrin daha da sağlam olmasına kömək edəcək.
​Görüşün əhəmiyyəti və gələcək perspektivlərTürkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycan və Mərkəzi Asiya üçün həqiqətən mühüm bir platforma oldu. Görüşdə imzalanan sənədlər və aparılan müzakirələr gələcəyə atılan sağlam addımlardır.Gələcəkdə ticarəti daha da artırmaq, ortaq bizneslər qurmaq, yeni nəqliyyat yolları açmaq və rəqəmsal sahədə irəliləmək ana hədəflər olacaq. Əlbəttə, bunun üçün bütün tərəflərin fəal olması və bir-birinin maraqlarına hörmətlə yanaşması vacibdir.
​Məncə, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənbaşı sammitindəki çıxışı Azərbaycanın Mərkəzi Asiyaya nə qədər böyük dəyər verdiyini bir daha göstərdi. İqtisadiyyatdan tutmuş rəqəmsal inkişafa və mədəniyyətə qədər hər sahəyə toxunuldu.Bu görüşün əsas qayəsi odur ki, biz ortaq tariximizə güvənərək gələcək iqtisadi və strateji maraqlarımızı birgə qururuq.Ümumiyyətlə, Türkmənbaşı görüşünü regional dostluğun böyük bir uğuru kimi görmək olar. İndi əsas məsələ danışılan təşəbbüsləri reallaşdırmaq və bu fürsətlərdən düzgün istifadə etməkdir. Bu əməkdaşlıq həm bizim, həm də Mərkəzi Asiyadakı qardaşlarımızın gələcəyinə çox müsbət təsir edəcək.

Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Digər xəbərlər