Siyasət

  • 3 730

15 iyun–Milli Qurtuluş Günü Sabirabadda təntənə ilə qeyd edildi

image

15 İyun Milli Qurtuluş Günü münasibətilə Sabirabad rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında ümumşəhər tədbiri keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüblər. Sonra tədbir Ulu öndərin adını daşıyan Mərkəzin qarşısında davam etdirilib.Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq, gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin – Azərbaycanımızın hər yerində Milli Qurtuluş günü böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirib. Bildirib ki, 26 il bundan əvvəl bu günkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək ulu öndər Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi və demək olar ki, parçalanmış, bölünmüş Azərbaycanın xilaskarı oldu. Ulu öndər Heydər Əliyevin şah əsəri adlandırdığımız müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş tərəqqi dövrünü yaşayır. Dünya şöhrətli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.Rəsmi hissədən sonra tədbir bayram konserti ilə davam edib. Sabirabad rayon Üzeyir Hacıbəyli adına Musiqi məktəbinin, “Ana Kür” xalq çalğı alətləri ansambılının müşayiətilə olan konsertdə Əməkdar artist Yusif Mustafayev, əməkdar artist Ehtiram Hüseynov, muğam ustası Abgül Mirzəliyev, Təranə Qumral, Musa Musayev, Vəfa Şərifova, Günel Almazova, İradə Mehri ifaları, Sabirabad rayon Adil İsgəndərov adına Xalq Teatrı aktyorlarının ifasında ölkəmizə, Ulu Öndərə həsr edilmiş kompozisiyalar, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay Türk” folklor qrupunun rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Sonda bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

sia.az

Digər xəbərlər