Siyasət

  • 3 908

YAP Gəncədə müşavirə keçirib TƏDBİR

image

Gəncə şəhərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Baş nazirinin müavini,YAP sədrinin müavini Əli Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, millət vəkilləri və partiya fəalları iştirak edib.Tədbirdən öncə Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Rəsmi hissədə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı qonaqları salamlayıb. Bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası (YAP) ölkədə əsas siyasi güc olaraq öz mövqeyini qoruyur, ölkənin inkişafında xüsusi xidmətlərə malikdir. Ardından müşavirədə söz alan Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu gün YAP-ın regionlarda ilk partiya təşkilatları fəal olmalıdır.Əli Həsənov bildirib ki, bugünkü görüş Yeni Azərbaycan Partiyasının regionlarda fəaliyyət göstərən ilk partiya təşkilatları ilə tanışlıq xarakteri daşıyır: "Hamımıza məlumdur ki, hazırda dövlətin sütununa, ölkənin Prezidentinə qarşı anti milli qüvvələr tərəfindən propaqandalar aparılır. Məqsədli şəkildə ölkənin inkişafı, daxili və xarici siyasətdə qazandığı uğurlar gözdən salınır. Məhz ölkəyə xəyanət yolu tutan yaramazlara qarşı mübarizədə YAP-ın bölgələrdəki təşkilatlarının üzvüləri daha fəal olmalıdır. Xüsusən ölkənin inkişafı üçün həyata keçirilən uğurlu siyasət, qətiyyətli addımlar gəncələrə çatdırılmalıdır. Bu gün 18, 20 yaşı olan gənclər Azərbaycanı gözəl ölkə kimi görüb. Bütün şərait var, geniş imkanlar mövcuddur. Lakin bu gənclər 90-cı illərin əvvəllərində hərc mərcliyi görməyib, yaranmış çörək növbələrindən xəbərləri yoxdur. Bir daha deyirəm YAP-ın bölgələrdəki ilk partiya təşkilatları yerlərdə partiyanın idioloqlarıdır. Odur ki, ölkənin inkişafını dəqiq çatdırmaq lazımdır. Şükürlər olsun ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanda vətəndaş həmrəyliyinə nail olub, kütləviliyi təmin edilib. Bu gün sevindirici haldır ki, 3 milyondan artıq insan partiya ilə sıx əlaqəlidir. Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi siyasət dünya dövlətlərində belə yoxdur. Ölkədə iqtisadiyyatı 15 ildə dəfələrlə artıb. Bax bunları çatdırmaq lazımdır. Bir sözlə YAP-ın hər bir üzvü ölkəsinə, Prezidentinə, xalqına ürəkdən çalışmalı, xidmət aparmalıdır".Müşavirədə həmçinin partiya üzvlərinin fikiləri də dinlənilib, geniş fikir mübadiləsi aparılıb.Sonda bir qrup fəala YAP-ın üzvlük vəsiqələri verilib.

sia.az

Digər xəbərlər