Siyasət

  • 6 529

"Səs"in 29 illik uğuru - TƏBRİK

image

Tarixi ənənələrə, özəl çalarlara malik Azərbaycan mətbuatı ölkəmiz müstəqillik əldə etdikdən sonra əhatə dairəsini genişləndirdi. Ötən illər ərzində çoxsaylı kütləvi informasiya vasitələri yarandı. Ancaq onların heç də hamısı ayaqda qalmağı bacarmadı. 29 yaşı tamam olan “Səs” qəzeti nəinki ayaqda qalmağı bacardı, hətta ənənə yaratmağa, jurnalistika məktəbinə çevrilməyə müvəffəq oldu. Bu zirvənin qazanılması isə heç şübhəsiz, söz sənətinin məziyyətlərinə qatlaşmanın, dövlətçiliyə sədaqət ruhunu peşəkarlığa gətirmənin məharət göstəricisidir.Bu günün “Səs” qəzeti məxsusi auditoriyası olan, hadisə və proseslərə özünün baxış bucağı ilə seçilən istedadlı, zəhmətkeş insanların toplaşdıqları yaradıcılıq mərkəzidir. Nəşrin illərin sınağından çıxmış təcrübəsi, keçmişi tarixə çevirmiş böyük mətbu potensialı var. Qəzet bu potensialı ilə gənclik illərinin zirvəsinə doğru inamla addımlamaqdadır. Hər gün oxucularının görüşünə kamilləşmiş, püxtələşmiş mətbuat orqanı kimi gəlməkdədir. Mövzu, janr rəngarəngliyi, çeşidli fikirlərin təqdimatı “Səs”də məsuliyyət mühitinin varlığından xəbər verir. Bu mühit gələcək üçün müstəsna divident, mühüm təminatdır.Azərbaycan Mətbuat Şurasının təsisçilərindən və fəal üzvlərindən olan “Səs” qəzeti medianın xalq və dövlətçilik naminə köklənməsinin bariz nümunəsini yaratmış kütləvi informasiya vasitəsidir. Qətiyyətlə demək olar ki, ötən 29 ilin uğurunu şərtləndirən məhz budur. Bu, həm də onu deməyə əsas verir ki, nəşr daha əlamətdar günlərini qeyd etməyə layiqdir.Baş redaktor Bəhruz Quliyevin rəhbərliyi ilə “Səs”in jurnalistikaya sadiq, peşənin sevincini və qürurunu yaşamağa layiq əməkdaşlarını doğma qəzetlərinin 29 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

Digər xəbərlər