Siyasət

  • 10 781

YAP-ın 97 saylı Goranboy -Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədi Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü

image

Yeni Azərbaycan Partiyasından 97 saylı Goranboy -Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ağalar Vəliyev Goranboy rayonunda yerli seçki qərargahının üzvləri və ictimaiyyətin nümayəndələrilə birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə tər gül-çiçək dəstələri qoymuşdu.
Daha sonra Ağalar Vəliyev 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayonun Şəhidlər Xiyabanını ziyarət etmiş və şəhidlərin ruhunu ehtiramla yad etmişdir.
Elə həmin gün Ağalar Vəliyev rayonun Qızılhacılı qəsəbəsində, Tatarlı və Tapqaraqoyunlu kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Niyazi Aslanovun, Sərxan Ocaqverdiyevin, Yunis Əliyevin və rayon Ağsaqqallar Şurasının sədri Tariyel Abbasovun ailə üzvlərilə görüşmüşdür. Səmimi keçən görüşlərdə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan söz açılmış və xüsusi vurğulanmışdır ki, son 16 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə 7500- dən çox mənzil və fərdi yaşayış evi, 7000-ə yaxın minik avtomobili verilib, 18000-ə dək şəhid vərəsəsi 11 000 manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib.
Ağalar Vəliyev görüşlər zamanı Milli Qəhrəman və şəhid ailələrinin problemləri maraqlanıb və bildirib ki, şəhid ailələri, Qarabağ əlillləri və onlara bərabər tutulan şəxslər bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaq.
Görüş iştirakçıları tərəfindən, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

yap.org.az

Digər xəbərlər