Siyasət

  • 5 310

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Aqiyə Naxçıvanlının təbliğat-təşviqat kampaniyasına uğurla davam edir

image

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Aqiyə Naxçıvanlının təbliğat-təşviqat kampaniyasına uğurla davam edir.

Əvvəlcə, 20 yanvar günü Aqiyə Naxçıvanlı ümummilli lider Heydər Əliyevin Oğuz şəhərindəki Heydər parkındakə abidəsini ziyarət edib, önünə tər-çiçək dəstələri düzüb, daha sonra rayon ağsaqqalları və gənclərlə rayonun Şəhidlər xiyabanını ziyarət edib.
21 yanvar 2020-ci ildə də Aqiyə Naxçıvanlı Oğuz rayonunda bir neçə kənddə seçicilərlə görüşüb.
Yeni Azərbaycan Partiyasının namizədi Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında rayonun Xalxal, Ərmənət və Xalxalqışlaq kəndlərinin sakinləri ilə genişmiqyaslı görüş keçirilib. Görüşdə Aqiyə Naxçıvanlı, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Aqiyə Naxçıvanlının vəkilləri Emin Əzimli, Elşən Alcansoy və adı çəkilən kəndlərin ictimaiyyəti iştirak etmişdir. Saleh Məhərrəmov və Emin Əzimli genişməzmunlu çıxış edərək Aqiyə xanımın bundan əvvəlki iki çağırış millət vəkili kimi gördüyü işlərdən, fəaliyyətindən bəhs edərək sakinləri seçkilərdə aktiv iştirak etməyə, layiqli namizədə səs verməyə səslədilər. Sonra Aqiyə Naxçıvanlı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siytasətdən, islahatlardan, qarşıdakı illərdə Azərbaycanın daha da inkişafı üçün atılmalı olan addımlardan danışaraq öz seçki platformasının sərgilədi. Daha sonra görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçirildi, sakinlərin fikirləri, təklif və problemləri dinlənildi və qeydə alındı. Kənd ağsaqqalı Nəriman Ramazanov söz alaraq, Aqiyə xanıma onun həmkəndlisinə göstərdiyi xeyriyyə işinə görə təşəkkürünü bildirdi. O cümlədən, kənd sakinləri Ağababayev Rövşən, Verdiyev Xəyal, Babayev Aydın, Zərniyar Nəsibova və başqaları təşəkkür, təklif və şikayət xarakterli çıxışlar etdilər. Teklif və şikayətlər aidiyyatı üzrə qeydə alındı.
Görüşlər günün ikinci yarısı da davam etdirildi. Beləki, Aqiyə Naxçıvanlı və Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Aqiyə Naxçıvanlının vəkilləri Emin Əzimli, Elşən Alcansoyun iştirakı ilə rayonun Qumlaq kəndində Qumlaq, Tayıflı, Şirvanlı və Hallavar kənd sakinləri ilə genişmiqyaslı görüş keçirildi. Görüşdə yuxarıda sadalanan kəndlərin ictimaiyyəti, ağsaqqallar, ağbirçəklər, xanımlar və bəylər, gənclər olmaqla, ümumilikdə 200-ə yaxın insan iştirak etdi. Aqiyə xanım bu görüşündə də insanların ümumilikdə və fərdi şəkildə etdiyi müraciətlərə diqqətlə qulaq asdı, müvafiq olaraq tövsiyyələrini verdi, aidiyyatı üzrə baxılması üçün qeydlərini götürdü.
Görüşdən dərhal sonra Aqiyə Naxçıvanlı Qumlaq kəndində yaşayan şəhid ailəsi ilə növbəti dəfə görüşdü, ailənin qayğıları ilə yaxından maraqlandı. Ailə başçısı Həsən dayı millət vəkillliyinə namizəd Aqiyə xanım Naxçıvanlıya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladı. Aqiyə xanım səmimi çay süfrəsi arxasında ailənin hər bir üzvü ilə danışaraq onların dərdlərini bölüşdü.

yap.org.az

Digər xəbərlər