"Prezident münaqişə haqda mesajları ünvanına yüksək səviyyədə və dəqiq çatdırıb" -AÇIQLAMA

“Prezident İlham Əliyevin qətiyyətli çıxışı sayəsində Münhen Təhlükəsizlik Kofransı Azərbaycanın imicinin daha da möhkəmlənməsi, Ermənistanın isə ifşasıilə yadda qalıb. Cənab Prezidentin Ermənistan Baş nazirinə onların işğalçılıq siyasətini bir daha sübut etməsi erməni tərəfinə ciddi zərbə vurub”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Q.Hüseynli bildirib ki, Azərbaycan Prezidenti həm Münhen Təhlükəsizlik Konfransındakı çıxışında, həm Paşinyanla olan debatında yüksək intellektuallıq nümayiş etdirib: “Tarixi faktları, münaqişə haqda mesajları ünvanına yüksək səviyyədə və dəqiq çatdırıb. Ermənistan tərəfi isə Baş nazirin simasında çox rəzil bir vəziyyətə düşüb. İlham Əliyevin qüsursuz siyasi analizləri və misal gətirdiyi tarixi faktlar fonunda Paşinyanı ustalıqla susdurub.

sia.az