Siyasət

  • 4 804

"Xocalı mitinqləri İrəvanı ciddi narahat edir" ÖZƏL - MÖVQE

image

“Azərbaycanlılar fevralın 22-də Berlində Xocalı soyqırımı ilə bağlı mitinq keçirərkən, eyni gündə ermənilər Avstriyanın paytaxtı Vyanada anti-Azərbaycan yürüş-mitinqini keçiriblər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, tədbirdə Ermənistanın və Dağlıq Qarabağ separatçılarının “bayraqları” dalğalanıb: “Mümkündür ki, ermənilər yalnız Vyana ilə kifayətlənməsinlər. Ermənilərin hiyləsi aydındır. Hər il Xocalı soyqırımı günü yaxınlaşdıqca Azərbaycanda və bir sıra ölkələrdə anım tədbirləri keçirilir. Ermənilər illərdir “erməni soyqırımını” müxtəlif dövlətlərdə tanıtdırmağa çalışırlar, uğurları da var. Ancaq son illər onlarla ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı da sənədlər qəbul edilib. Bu gedişad İrəvanı və dünyadakı erməni lobbisini ciddi narahat edir. Buna görə də İrəvan və erməni lobbisi Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təsirini azaltmaq üçün “Bakıda və Sumqayıtda ermənilərin etnik təmizlənməsinin 30 illiyi” adı altında müxtəlif təxribatçı tədbirlər keçirməyə başlayıblar”.

sia.az

Digər xəbərlər