Siyasət

  • 5 568

"Paşinyan erməniləri aldadır" ÖZƏL-MÜNASİBƏT

image

"Paşinyan əslində dünya ictimaiyyətinin mövqeyini bilir". Bunu SİA-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Münhendə qeyd edib ki, Rusiya da mərhələli planının, ətraf rayonların azad olunmasının, komunikasiyaların açılmasının tərəfdarıdır.“İndi bəlli olur ki, ABŞ-ın da, Avropa İttifaqının da mövqeyi ermənilərdə ciddi narahatlıq yaradır. Hesab eliyin ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi Paşinyanın özü üçün bir kələfə çevrilib və o ilgək, kələf artıq Paşinyanın özünü boğur. O, darıxır, tələsir, çünki Ermənistanın daxilində də elə addımlar atmalıdır ki, öz mövqeyini, baş nazir kimi mövqeyini möhkəmlədə bilsin ki, xalq onu devirə bilməsin. Görürsünüz ki, konstitusiya məhkəməsi ilə bağlı məsələləri nə qədər sürətləndirdi, halbuki, bir az gecikə də bilərdi. İndi Ermənistanın daxilində öz mövqeyini möhkəmləndirmək üçün hökmən Qarabağla əlaqəli məsələlərdə müəyyən bir optimizm yaratmalıdır. Ona görə o gedir Qarabağda deyək ki, bir cür danışır, Ermənistandan qırağa çıxanda, Avropada, amerikalılarla görüşəndə tamam fərqli cür danışır. Yəni, bunların hamısı, Paşinyanın bizə belə əcaib görünən davranışı reallıqdır və bunun da səbəbi ölkə Prezidentinin apardığı siyasətdir. Mən elə başa düşürəm ki, Qərb ictimaiyyətində və istisna deyil ki, elə Kremldə də belə bir inam var ki, baharda, yəni, aprel-may aylarında Dağlıq Qarabağ tənzimlənməsində yenilənmiş Madrid prinspləri üzrə çox möhtəşəm bir sənəd imzalanacaq və bilirsiz ki, o prinsiplər də ermənilərin tamamilə ziyanınadır. Həm Ermənistanın, həm Dağlıq Qarabağın erməniləri, həm Amerikadakı ermənilər, bir sözlə, bütün diaspor erməniləri daimi çalışıblar ki, yenilənmiş Madrid prinsiplərini rədd eləsinlər. Amma gücləri çatmadı. İndi Paşinyan aldadır ki, guya Madrid prinsiplərinin əvəzinə Münhen prinsiplərini ortaya qoyub. Bu da, yenə təkrar edirəm ondan ötrüdür ki, Paşinyan tələsir ki, aprelə qədər öz mövqeyini gücləndirsin ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənəndən sonra da vəzifədə qala bilsin”, deyə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri bildirib.

sia.az

Digər xəbərlər