"İlham Əliyevin atdığı bütün addımlar cəmiyyətin sağlamlığına xidmət edir" ÖZƏL-MÜNASİBƏT

"Koronovirusla mübarizə tədbirləri çərçivəsində qabaqlayıcı addımların başladığı ilk günlərdən indiyədək Azərbaycan dövlətinin və onun başçısı cənab İlham Əliyevin atdığı bütün addımlar cəmiyyətin mənafeylərinə, dövlətimizin və millətimizin həm siyasi, həm də fiziki təhlükəsizliyinə və sağlamlığına xidmət edir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, bizlər ən müxtəlif addımların, tədbirlərin həyata keçirildiyinin şahidi oluruq: "Hansıki bunlar da ölkəmizin bu gün koronovirusa yoluxma səviyyəsinə görə, dünyanın bütün ölkələrindən istisnasız olaraq yaxşı vəziyyətdə olmağını təmin edən əsas şərtlərdir. O cümlədən özəl tibb müəssisələri də daxil olmaqla koronovirusa qarşı mübarizədə iştirak etmiş bütün tibb işçilərinin təminatının gücləndirilməsi ilə bağlı verilən Sərəncam da bu qəbildəndir. Bu dövlətin, dövlət başçısının cəmiyyətimizi qorxulu təhlükədən xilas etmək üçün hər cür vasitəyə əl atmağa hazır olmağından və ölkəmizin imkan daxilində bütün maliyyə, iqtisadi resurslarının bu sahəyə sərf olunmasından çəkinmədiyini bir daha nümayiş etdirir. Eyni zamanda təkcə dövlət müəssisələri deyil, həm də özəl sahələrdə işləyən tibb işçilərinin də artıq bu prosesə qoşulduqları təqdirdə dövlətin əlavə sosial maddi, maliyyə himayəsi altına alınması sözsüz ki, çox əhəmiyyətli bir tədbirdir. Cəmiyyətimizin yeni-yeni resurslarının koronovirusa qarşı mübarizədə səfərbərliyə alınmasında böyük rol oynayacaq. Şübhə etmirəm ki, Prezidentin bu istiqamətdə yeni addımları, Sərəncamları olacaq. Hansı ki, indiyədək verilən Sərəncamların təhlili göstərir ki, bunlar cəmiyyətin mövcud olan bütün potensiallarının vahid bir hədəfə doğru yönəldilməsi və səfərbərə alınmasına xidmət edir. Sözsüz ki, yeni qərarlar da olacaq".

sia.az