YAP Binəqədi rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Muğanbank ASC” ilə birgə Binəqədi rayonu ərazisindəki mikrorayonlarda yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirilib. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini Hüseyn Əsgərov,“Muğanbank ASC” – in təmsilçisi Anar Nəbiyev iştirak edib.Görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik edib və yeni tədris illində onlara uğurlar arzuladı. Bildirdi ki, pandemiyanın ağır təsirləri insan itkisi, iqtisadi geriləmə və sosial cətinliklərə rəğmən, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə inkişaf və çiçəklənmənin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir: “Ölkəmizin gələcək inkişafını təmin etmək üçün mükəmməl intelektual bazanın formalaşması işinə qoyulan investisiyalar dövlətimizin təhlükəsizliyinə və xalqımızın rifahına yatırım deməkdir. Bu məqsədə çatmaq üçün dövlətimizin və cəmiyyətimizin milli ruhlu , ənənəvi dəyərlər əsasında vətənpərvər, məsuliyyətli vətəndaş formalaşmasına və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsinə olan ehtiyaclarını yalnız güclü maddi texniki bazaya, yüksək təhsilvermə imkanlarına malik təhsil müəssisələri ödəyə bilər”.Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, məktəblərin maddi-texniki bazası gücləndirilir.Eyni zamanda o qeyd edib ki, Binəqədi məktəbləri hər zaman yüksək nəticələr əldə edir və bu demək olarki ənənə halını almışdır. Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib.Daha sonra çıxış edən “Muğanbank ASC”-in “Muğanbank Çek” üzrə tiraj komissiyasının sədri Anar Nəbiyev qeyd edib ki, "Muğanbank" tərəfindən yüksək bal toplayan gənclərin mükafatlandırılması artıq ənənə halına çevrilmişdir və təmsil etdiyi qurum hər zaman imkansız şəxslərə, şəhid ailələrinə,ehtiyacı olan insanlara yardım göstərməyi özünə borc bilir.O həmçinin qeyd edib ki, bugünki gənclər müstəqil Azərbayanın qurucularıdır və bizim tək istəyimiz onların sağlam, vətənpərvər ruhda böyüməsi, elmin təhsilin sirlərinə yüksək səviyyədə yiyələnmələridir. Arzu edib ki, təhsil aldıqları təhsil müəssisəsindən, elm ocağından asılı olmayaraq hər zaman ölkəmizi qürurla təmsil edərək mötəbər arenalarda, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı qürurla dalğalandırsınlar, himnimizi səsləndisinlər.Bu il ən yüksək balla ali məktəblərə qəbul olunan məzunlar adından çıxış edən 246 № li tam orta məktəbin məzunu İdrisli Jalə, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.3 nömrəli məktəbin direktoru Almaz Həsrət, 246 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, 244 nömrəli məktəbin direktoru Yəhya Əliev bildiriblər ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub və bu sahədə böyük nailiyyətlər əldə edilib.Daha sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış 102 № li tam orta məktəbin məzunu Hacıyeva Pərvin, 246 № li tam orta məktəbin məzunu İdrisli Jalə, 244№ li tam orta məktəbin məzunu Hacıyev Nicat, 179 № li tam orta məktəbin məzunu Məmmədova Gülnur, 157№ li tam orta məktəbin məzunu Rzalı Cəmilə, 135 № li tam orta məktəbin məzunu Hüseynli Polad, 83№ li tam orta məktəbin məzunu Əlövsətli Sevilə qiymətli hədiyyələr təqdim olunub.

sia.az