Siyasət

  • 8 051

YAP Kəlbəcər rayon təşkilatında məzunlarla görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının qərargahında bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərlə görüş keçirilib. Rayon təşkilatının aparat işçiləri və II ixtisas qurupu üzrə 661 bal toplamış Abbaslı Aliyə Fariz qızı, III ixtisas qurupu üzrə 652 bal toplamış Mustafayeva Aysel Rəhim qızı, I qrup üzrə 690 bal toplamış Şahbazzadə Zərifə Şəhriyar qızı, III qrup ixtisası üzrə 655 bal toplamış Məmmədova Yurdamur Vüqar qızı, eləcə də, onların valideynlərinin, rayon təşkilatının üzvlərinin iştirak etdiyi görüşü rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov açaraq ilk öncə gəncləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən Q.Əsgərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Azərbaycanda təhsilin ikişafı prioritet istiqamətlərdən biri hesab olunur: "Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur".Dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini qeyd edən Q.Əsgərov gənclərə bildirib ki, siz dövlətimizin təhsilə və tələbələrə olan qayğısından daha da faydalanaraq peşəkar kadr kimi formalaşmaqla respublikamızın və xalqımızın inkişafına dəyərli töhfələr verməyi və bu müqəddəs yolda onların hər birinə uğurlar arzulayıb.Görüşdə çıxış edən gənclər pandemiya dönəmində nə qədər çətin olsada, bu il onların bəlli problemdən son zəngləri keçirilməsə də, görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə təşkilatçılara və Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.Həmçinin, görüşdə valideynlər də çıxışlarında təhsil sahəsində qazanılan uğurların əsasında ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin dayandığını diqqətə çatdırıblar.Görüşün sonunda yüksək nəticə göstərmiş gənclərə Yeni Azərbaycan Partiyası Gəlbəcər rayon təşkilatı tərəfindən hədiyyələr verilib, xatirə şəkilləri çəkilib.

sia.az

Digər xəbərlər