Siyasət

  • 5 081

Şamil Ayrım: Senatın üzvləri dünyaya göstərdilər ki, Fransa Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb

image

Fransa Senatının Qarabağla bağlı qəbul etdiyi qətnamə təkcə beynəlxalq hüquqa qarşı təhdid deyil, eyni zamanda, bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun illər ədalətsiz mövqedə olduğuna dair ciddi şübhələr ortaya çıxarır. Başqa sözlə, Senatın üzvləri bu qərarla bütün dünyaya göstərdilər ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb. Onlar bütün bu həqiqətləri öz fəaliyyətləri ilə nümayiş etdirdilər. Bu qərarı ədalətsiz hesab edir və kəskin şəkildə qınayırıq.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.
Azərbaycanın 44 günlük savaşda şanlı Zəfər qazandığını diqqətə çatdıran millət vəkili deyib: “Bu müharibənin real nəticəsi Qafqaz bölgəsinə sülh, sabitlik və inkişaf vəd edir. Prosesin bu məcrada inkişafı dünyanın bütün sülhsevər qüvvələri tərəfindən dəstəklənməlidir. Çünki müzəffər Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları ilə BMT-nin Azərbaycanın müstəqilliyinin tanınması və ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı qətnamələrinin, eləcə də bu istiqamətdə digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərini yerinə yetirib. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi dəfələrlə münaqişənin həllinə tərəfdar olduğuna və buna səy göstərdiyinə dair bəyanat verib. Fransa Prezidenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. İndi haqlı bir sual yaranır: “Ortadakı ziddiyyətin məqsədi nədir”. Deməli, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb və münaqişənin beynəlxalq hüququn tələb etdiyi şəkildə həllinə maraq göstərməyib”.

yap.org.az

Digər xəbərlər