Siyasət

  • 3 831

"Erməni xisləti hələ bundan sonra da özünü göstərəcək" ÖZƏL-MÖVQE

image

“Hadrud istiqamətində baş verən insident göstərir ki, qlobal miqyasda münaqişənin bitdiyi deyilsə də, lokal səviyyədə davam etməkdədir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.“Hərbi əməliyyatlar dövründən meşələrdə gizlənən erməni terrorçuları təslim olmayaraq əsgərlərimizə hücum edirsə, bu, yaxşı hal deyil, demək ki, kökləri hələ kəsilməyib, əgər sonradan ora gediblərsə, bu, ondan da pisdir, son erməni əsgəri Qarabağı tərk etməyənə kimi heç kim qarantiya vermir ki, bu cür insidentlər yenidən təkrarlanmayacaq. Bu cür davranışlar göstərir ki, erməni xisləti hələ bundan sonra da özünü göstərəcək, Qarabağın qara bağlarında gizlənərək yeni provokasiyalar etməyə cəhd edəcəklər. Deyəsən, sülhməramlılar bölgədə tam sülhün olmasında maraqlı deyillər və bu cür insidentlərlə məcburi köçkünlərimizin geri qayıdışını əngəlləməyə və ya yubatmağa çalışırlar”-deyə, V.Əhmədov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər