Siyasət

  • 4 294

Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

image

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.SİA xəbər verir ki, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.Səfər yanvarın 13-də başa çatacaq.

sia.az

Digər xəbərlər