Siyasət

  • 4 282

YAP Masallı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

image

YAP Masallı rayon təşkilatı 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrini mütəmadi şəkildə ziyarət edirlər.Rayonun Güllütəpə, Banbaşı, Yeddioymaq kəndləri və Masallı şəhərində keçirilən görüşlərdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Qadınlar Şurasının sədri Gülşən Xəlilova, Gənclər Birliyinin sədri Bəxtim Qarayev, Qadınlar Şurasının üzvləri Əntiqə Tağıyeva, Sevil Qəhramanova, Güllütəpə ərazi ilk partiya təşkilatının sədri Əlövsət Muradov, Banbaşı ərazi ilk partiya təşkilatının sədri Elsevər Məcidov, Yeddioymaq ərazi ilk partiya təşkilatının sədri İlqar Qafarov, YAP fəalları Mehriban Əzizova, Azadəli Vəliyev, Vüqar Şükürov və başqaları iştirak ediblər.Rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Nüsrətbəyli Ülvi Arif oğlunun, Elmir Akifzadə Gündüz oğlunun, Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun və Quluzadə Əlimərdan Fəttah oğlunun ailələrini ziyarət ediblər.YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevqeyd edib ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!.

sia.az

Digər xəbərlər