Siyasət

  • 3 714

YAP Şəmkir rayon təşkilatında "Şəhid ailələrinə qayğı" aksiyası davam edir

image

YAP Şəmkir rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində şəhid ailələri və qazilərlə növbəti görüşünü həyata keçirib. Belə ki, rayon təşkilatın nümayəndələri Vətən müharibəsində Şəmkir rayonunun Təzəkənd, Düzqışlaq, S.Vurğun kəndlərində və Kür qəsəbəsindən Vətən müharibəsi şəhidləri Nicat Şükürlü Ayaz oğlu, Vüsal Teymurov Zakir oğlunun ailələri ilə görüşüb, qaziləri ziyarət ediblər. Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaqdır.Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin şəhidlərinə onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır.Həmçinin bildirilib ki, şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzində olub, partiyanın bütün strukturları şəhid ailələri və qazilərlə görüşlərdə fəal iştirak edirlər və bundan sonra da edəcəklər.Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.

sia.az

Digər xəbərlər