Siyasət

  • 6 214

YAP Suraxanı rayon təşkilatının fəalları şəhid ailəsini ziyarət ediblər

image

YAP Suraxanı rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi Eissavi Muhammad Mazen oğlunun ailəsini şəhidin dünyaya göz açdığı tarixdə ziyarət ediblər. Şəhidin ailəsinə təşkilat tərəfindən Anım Lövhəsi təqdim olunub.YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün müəyyən addımların atılmasını vurğulayıb.Şəhidin ailə üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək, şəhid övladlarının qanlarının yerdə qalmaması, ordumuzun xalqımıza qələbə sevinci yaşatmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdırıblar.Sonda YAP Suraxanı rayon təşkilatının fəalları və şəhidin ailə üzvləri şəhidin məzarını ziyarət ediblər.

sia.az

Digər xəbərlər