Siyasət

  • 4 221

"Ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb" Rauf Əliyev

image

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranıb”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib.Rauf Əliyev bildirib ki, ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvvələrin inteqrasiya nümunəsidir. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində qeyd etmişdir ki, “Bizim dost partiyaların bu gün bizə qoşulması çox önəmli, əlamətdar hadisədir. Bu da siyasətimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi naliyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynamış və qazanılmış bu Qələbə ölkədə milli birliyi daha da gücləndirmişdir: “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər, öz ailəsində, öz doğma torpaqlarında hiss edirlər. Xalqlar arasına dostluq, mehriban münasibətlər Azərbaycan xalqının böyük sərvətidir. Biz bunu daima qorumalıyıq. Bu siyasət xalqımız tərəfindən qəbul edilir və daim dəstəklənir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayyəndələri bir yerdə fədəkarlıq, qəhrəmanlıq göstərmişlər, vətən uğrunda şəhid olmuşlar, Azərbaycan bayrağı altında döyüşmüş, qəhrəmanlq nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzi bərpa etmişlər”. yap.org.az

sia.az

Digər xəbərlər